Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabadda - evdən noutbuk və spirtli içkilər oğurlanıb

Cəlilabad rayonunda evdən noutbuk və spirtli içkilər oğurlanıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Qarazəncir kəndində baş verib.

Belə ki, bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri - Elvin Mehtizadə və Asif Ağayev saxlanılıblar. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam