Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

2019-cu ilin birinci rübü uğurlu nəticələrlə yadda qalıb -Füzuli

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilmişdir.

Yenixeber.org: İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi Əflatun Rufiyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “Füzuli rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə çıxış etmişdir. Alı Alıyev 2019-cu ilin bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qaldığını vurğulamışdır.

Qeyd etmişdir ki, cari ilin birinci rübündə bütün sahələrdə inkişafla, iqtisadi artımla müşayiət olmuş, əhalimizin həyat səviyyəsi yüksəlmiş, uğurlarımız artmışdır.

Alı Alıyev rayonun 2019-cu ilin ilk 3 ayının sosial-iqtisadi göstəriciləri barədə geniş məlumat vermiş, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs etmiş, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb etmişdir.

Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Əflatun Rufiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında son 15 ildə, o cümlədən 2019-cu ilin birinci rübündə Respublikamızda sosial-iqtisadi və digər sahələrdə qazanılmış uğurlardan bəhs etdi.

Əflatun Rufiyev əmin olduğunu bildirdi ki, Füzuli rayonunda 2019-cu ildə qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, əvvəlki illərlə müqaisədə daha böyük nailiyyətlər qazanılacaqdır. O, bu işdə rayon əhalisinə ən xoş arzularını bildirdi.

İclasda xidmət təşkilatlarının 2019-cu ilin birinci rübündəki fəaliyyətlərinə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülmüşdür.

Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, uğurlarla yanaşı problemləri də qeyd etmiş, 2019-cu il ərzində qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam