Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Sabirabad ekoloji fəlakətlə üz-üzə

 

Sakinlər Tuqay meşələrinin müdafiəsi üçün aksiya keçirmək niyyətindədir.

"Xeberinfo.com":  Məlumata görə, Sabirabad rayonu Kürkəndi kənd sakini Balamirzə Fətiyev  Kürqırağı Tuqay meşələrinin məhv edilməsindən yazılan müraciətlərə baxılmamasından şikayətçidir.

“Sizin qəzet vasitəsilə Sabirabad Meşə mühafizəsi və Bərpası müəssəsinin direktoru Alxan Əsgərovun qanunsuz əməlləri nəticəsində Kürqırağı Tuqay meşə və kolluqlarının soyqırıma məruz qalması haqda müraciət etmişdim. Bildirmişdim ki, məhz direktor Alxan Əsgərovun səyi nəticəsində ”icarə" adı altında müxtəlif şəxslərə satılmış meşə torpaqları ağac və kolluqların məhv edilməsi geniş miqyas alıb. Meşə əraziləri bostan bitkiləri üçün əkin sahələrinə çevrilib və meşədən əsər-əlamət qalmayıb. Bu soyqırım nəticəsində həmin Tuqay meşələrində yaşayan nadir quşlar və heyvanlar yoxa çıxıb.

Meşədə ağac və kolluların məhv edilməsi əhaliyə ekoloji problemlərlə bərabər başqa problemlər də yaratmaqdadır. Belə ki, meşələrin məhv edilməsinə görə orada yer tapa bilməyən canavarlar, çaqqallar, tülkülər və digər vəhşi heyvanlar kənd ərazisinə üz tutaraq əhalinin toyuq-cücəsinə və təsərrüfat heyvanlarına qənim kəsilib.

Alxan Əsgərov bütün müraciətlərdən nəticə çixarmaq əvəzinə öz qanunsuz əməllərini davam etdirməkdədir. Belə ki, məhz bu günlərdə diametri 70-80 sm olan qovaq ağacları kəsilərək kimlərəsə satılıb. Mətbuat vasitəsilə müraciətdən sonra Alxan Əsgərov dəyən ziyanı bərpa etmək əvəzinə, təzəcə məhv edilmiş təxminən 3 hektar sahənin kəsilmiş ağacların köklərini xüsusi texnikalar vasitəsilə çıxarıb gizlətməklə məşğuldur.

Bütün bu göstərdiyim qanunsuz əməllər - soyqırım təkcə Kürkəndi kəndi ilə həmsərhəd olan Tuqay meşələri ilə bitmir. Belə ki, konkret digər meşə zolaqları olan Kürdəmir rayonu Ərəbqubalı kəndi ilə həmsərhəd olan Akasiya meşələri, Həşimxanlı, Bulduq kəndləri ilə həmsərhəd olan meşə sahələri də Alxan Əsgərovun soyqırımına məruz qalaraq müxtəlif şəxslərin ixtiyarına verilib.

Bir daha bütün əlaqədar qurumlara, başlıcası da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova müraciətlə xahiş edirəm ki, Alxan Əsgərovun qanunsuz əməllərini dayandırsınlar.

Əks halda soyqırıma məruz qalmış ərazidə ekologiyamızın müdafiəsi məqsədilə aksiyalar, piket-mitinq keçirməkdən başqa yolumuz qalmır. Bəlkə onda səsimizi eşitdilər". //azadliq.info

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam