Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Baş Prokurorluq ayı ovlayanlara cinayət işi açdı

Baş Prokurorluq ayı ovlayanlara cinayət işi açdı

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Şahdag Milli Parkının Quba rayonu ərazisində yerləşən hissəsində qanunsuz olaraq qonur ayının ovlanması ilə bağlı Baş Prokurorluğa daxil olmuş material araşdırılıb

 

Yenixeber.org: Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla oktyabrın 28-də Şahdag Milli Parkının Quba rayonu ərazisində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 3-3,5 yaşında bir baş qonur ayının qanunsuz olaraq ovlanması və bununla da təbiətə 1200 manat məbləğində ziyan vurulması müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.3.2-ci (qanunsuz ov etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanmış və istintaqın aparılması aidiyyəti üzrə Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda cinayəti törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam