Tovuz Dövlət Sosial İqtisad Kollecinin müəllimi Vəliyeva Aynurə Mirzəli qızı direktor Rizvan Qənbərovdan və tədris hissə müdiri Nuranə Ələkbərovadan şikayətçidir
Yenixeber.org: Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə,birinci vitse-prezident xanım Mehriban Əliyevaya,Təhsil Nazirliyinə,digər yüksək səlahiyyətli şəxslərə ünvanlanan məktubun bir nüsxəsi də redaksiyamıza göndərilib.
Məktubdan sitat:
“2005-ci ildən Tovuz Dövlət Sosial İqtisad Kollecində müəllim işləyirəm. Rizvan Qənbərov direktor təyin olunanadək 1,5 ştat dərs saatı tədris edirdim,eyni zamanda qrup və kabinə rəhbəri idim. Rizvan müəllim direktor təyin olunandan sonra Pedaqogika – Metodika – Ədəbiyyat fənn birləşməsinin sədri də işlədim. Lakin,ötən tədris ilində məndən 1 ştat (500 saat) dərsə görə 200 manat istədilər.Pulu vaxtında çatdıra bilmədim, yayda məzuniyyət pulumu alanda 150 manat verdim. Analıq məzuniyyətində olan müəllimin dərs saatını mən də daxil olmaqla, daha iki müəlliməyə 200 manata satdılar. Pulu gecikdirdiyimə görə hazırda direktor 1 ştat (500 saat) dərs saatımı vermir. Həmin dərs saatını kollecin tam ştatlı psixoloquna verərək onun dərs saatını 1,5 ştata yüksəldib. Nəticədə psixoloq öz vəzifəsinin icrası ilə deyil, dərs keçməklə məşğuldu.
Kollecdəki qanunsuzluqlara misal kimi növbəti fakt: 0,5 ştatda olan iki qadın müəllim direktorun icazəsi ilə işə gəlmir. Tədris hissə müdiri də onların dərs yükünü elə verib ki, aktiv dərs yükü dekabr ayında qurtarır. Amma eyni dərs yükü mənə elə yazılıb ki, hər iki semestr həftənin 3 günü 1 saat olmaqla işdə olmalıyam. Bu isə əlavə əziyyət və yol xərci deməkdir.
Onu da qeyd edim ki, işə gəlməyən iki müəllimin dərslərini kollecin digər psixoloqu və müəllimi tədris edir. Evdə oturan müəllimlər sonradan öz kartlarından pul çıxardıb, onların dərslərini əvəzçilik qaydasında əvəz edən şəxslərə saat hesabı ödəniş edirlər. Mən də sentyabrda həmin işə gəlməyən müəllimlərdən biri – Afaq Məhərrəmovanın iki həftə dərsini tədris etdim. Ancaq bir gün tədris hissə müdiri direktorun yanında mənə dedi ki, dərsini keçdiyin Afaq müəllim kartından pul çıxardıb sənə ödəyəcək. Ancaq mən razılaşmadım və ondan sonra həmin dərsi keçməkdən imtina etdim.
Onu da bildirim ki, haqqında bəhs etdiyim dərsi keçmək üçün həftənin iki günü kollecə gedib, yol pulu xərcləyib, əziyyət çəkmişəm. İndi mənim zəhmət haqqımı vermirlər. Tədris hissə müdiri deyir ki, get Şəmkirin Düyərli kəndində yaşayan Afaq müəllimdən pulunu al. Mən bu münasibəti özümə təhqir sayıram. Belə qanunsuzluğu, özbaşınalığı qəbul edə bilmirəm ".
Vəliyeva Aynurə Mirzəli qızı onu da xatırladır ki, 8 yaşından 5 uşaqlı ailədə atasız böyüyüb, çətinliklə ali təhsil alıb, 2016-cı il təvəllüdlü bir qızı var. Məhkəmələrə üz tutmağa heç cür imkanı yoxdu. Ona görə də saytımız vasitəsilə aidiyyatı qurumlara müraciət edir ki, onun haqqının bərpa olunmasına köməklik etsinlər.
Qeyd edək ki, Vəliyeva Aynurə Mirzəli qızının yazdıqlarının hamısı ciddi maliyyə pozuntusudur.Kollecdə vəziyyətin bu həddə gəlib çatmasındaTovuz rayon İcra Hakimiyyətinin məsuliyyəti də az deyil.
Əldə etdiyimiz digər məlumata görə,kollecdə tez-tez dava -dalaş düşür,orada intizam bərbad vəziyyətdədir,direktor idarəetməni bacarmır,təşkilatçılıq qabiliyyəti yoxdur,onun səlahiyyətlərini iki qadın həyata keçirir.Heç bir elmi dərəcəsi olmayan Rizvan Qənbərov ancaq "yığım" işinə baxır.
Faktinfo.az olaraq, KİV haqqında qanunun müvafiq maddələrini əsas götürüb, sorğu ilə kollecin rəhbərliyinə müraciət etdik. Bir aydan çox vaxt keçməsinə baxmayaraq, sorğumuza cavab ala bilmədik . İndi söz Təhsil Nazirliyinin və digər aidiyyatı qurumlarındır.(faktinfo)

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.