Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Horadizin abadlaşması davam etdirilir

 

        Bu gün şəhərdə daha bir küçənin açılışı oldu

 

    “Xeberinfo.com”:Bu gün Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış daha bir küçə əsaslı təmir və bərpadan sonra istifadəyə verilmişdir.

Açılışda ryon İcra Hakimiyyətinin başçısı  Alı Alıyev bildirmişdir ki, son üç ildə Horadiz şəhərində işğal dövrü dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülmüş, küçələr yenidən qurulmuşdur.  Ümumi  uzunluğu 15 kilometrdən artıq olan həmin küçələr yenidən salınmış, yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca həmişəyaşıl ağaclar əkilmişdir.

Alı Alıyev Horadizdə, bütün rayonda Regionların Sosial-İnkişafına dair Dövlət Proqramının icrası ilə bağlı görülən işlərdən, qarşıda həyata keçiriləcək tədbirlərdən danışmışdır.

Çıxış edən yeni küçənin sakinləri həyat şəraitlərinin yaxşılaşdırılmasına, Horadiz şəhərində görülən işlərə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam