Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Horadizdə “Gənclər prospekti”i açıldı

 

"Xeberinfo.com":  Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin, abadlığın şahidi olur, insanların xoş günlərinə sevinirlər. Füzulililər “abad kənd”,  “abad qəsəbə”, “abad küçə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq.  Bu fikirlər Horadiz şəhərində yeni salınmış “Gənclər prospekti”nin açılış mərasimi bildirilmişdir. Prospektin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Açılış mərasimində çıxış edən Alı Alıyev Horadiz şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışmışdır.  

Alı Alıyev bildirmişdir ki, son üç ildə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülmüş, həmin küçələr əslində yenidən qurulmuşdur.  Ümumi  uzunluğu 15 kilometrə qədər olan həmin küçələrdə yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Küçələrə asfalt örtüyü salınmış, zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Küçələrin təmizliyi, səliqə-səhman işləri daima diqqət mərkəzində saxlanılır.

Alı Alıyev qeyd etmişdir ki, ümumi uzunluğu 1,5 km olan “Gənclər prospekti”nin inşasına 2014-cü ildə başlanmış, prosbektə asfalt örtüyü salınmış, avtomobillərin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işıqfor quraşdırılmış, qızılgül kolları, xaricdən gətirilmiş həmişəyaşıl ağaclar əkilmişdir.

 

Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.  




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam