Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Horadizdə tikinti-abadlıq işləri davam edir- FOTOLAR

 

Şəhərin Gənclər prospekti yaşıl libasa bürünür

 

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Görülən işlər, həyata keçirilən dövlət proqramları şəhərlərin, qəsəbələrin, kəndlərin simasını dəyişir. Bu dəyişiklikləri cəbhə bölgəsində yerləşən Füzuli rayonunun timsalında da aydın görmək olar.

Xeberinfo.com:   Prezident cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Füzulidə yeni qəsəbələrin salınması, Horadizə şəhər statusunun verilməsi, müasir sosial-infrastruktur layihələrinin reallaşdırılması rayona yeni həyat bəxş etmişdir. Bu gün füzulililər “abad kənd”,  “abad qəsəbə”, “abad küçə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq.  Respublikanın ən gənc şəhəri olan Horadizdə tikinti-quruculuq abadlıq işləri davam etdirilir. Hazırda Horadiz şəhərində yeni salınmış “Gənclər prospekti”nin genişləndirilməsi istiqamətində iş aparılır. Prospekt boyunca Türkiyə və İtaliyadan gətirilmiş həmişəyaşıl ağac və gül kolları əkilir, yeraltı işıq sistemi çəkilir, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər vurulur, işıqforlar quraşdırılır. “Gənclər prospekti” boyunca tikilən rayon Statistika İdarəsinin, SHXÇDX-nin rayon şöbəsinin inzibati binaları da yaxın günlərdə istifadəyə veriləcəkdir.

Respublkikanın ən gənc şəhəri olan Horadiz sakinləri gündən-günə gözəlləşən şəhərlərini Füzulidən kənarda yaşayan həmyerlilərinə bu sözlərlə çatdırırlar. Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır! Həqiqətən də Füzuli rayonunda, xüsusilə Horadiz şəhərində görülən işlər ürəkaçandır.

         Son dörd ildə Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 6 küçədə abadlıq-quruculuq işləri görülmüş, həmin küçələr yenidən qurulmuşdur.  Ümumi  uzunluğu 15 kilometrə qədər olan həmin küçələr yenidən salınmış, yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Horadizlilər öz şəhərləri ilə fəxr edirlər. Küçələrin təmizliyi, səliqə-səhman işləri həmişə diqqət mərkəzində saxlanılır.

Şəhər sakinləri Horadizin daha da gözəlləşdirilməsinə, şəhərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdardırlar. 

 

 






















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam