Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Horadizdə dağıdılmış daha bir küçə istifadəyə verildi

 

"xeberinfo.com":Horadiz bu gün yenidən qurulur, müasir şəhərə çevrilir, böyüyür. Şəhərdə 5 yeni küçə salınmış, müasir işıqlandırma sistemi tətbiq olunmuş, əhalinin asüdə vaxtının səmərəli təşkili üçün park və xiyabanlar yaradılmışdır.

Bütün bunlar şəhərin “Məhəmməd Əmin Rəsulzadə” adlı küçəsinin açılışında bildirilmişdir. Rayonun idarə, müəssisə, hüququ-mühafizə orqanları rəhbərlərinin və rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə Füzuli rayon İcra Hakimiyyəti Başçısı Alı Alıyev çıxış etmiş, Horadizdə, o cümlədən rayonda görülən işlərdən, qarşıda həyata keçiriləcək tədbirlərdən danışmışdır.

Alı Alıyev bildirmişdir ki, son üç ildə Horadiz şəhərində işğal dövrü dağıdılmış 5 küçədə abadlıq-quruculuq işləri görülmüş, əslində həmin küçələr yenidən qurulmuşdur.

 -“Ümumi  uzunluğu 15 kilometrə qədər olan həmin küçələr yenidən salınmış, küçələr müasir dizayna uyğun bəzədilmiş, yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, elektrik dirəkləri quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Küçələrə asfalt örtük çəkilişi sürətlə aparılır. Zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır.

Çıxış edən yeni küçənin sakinləri göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

 

Hazırda Horadizdə 4 kilometrlik yeni Gənclər prospekti tikilməkdədir.

 

 


 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam