Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)

Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)

 

 Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər.

Xeberinfo.com:  Füzuliyə gələn hər bir qonaq artıq müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin, abadlığın şahidi olur, insanların xoş günlərinə sevinirlər. Füzulililər “abad kənd”,  “abad qəsəbə”, “abad küçə” devizi ilə işləyir, sabahlarını yaradırlar. “Füzuli hər gün tikilir” desək yanılmarıq. Bu fikirlər Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsinin yenidən bərpa olunaraq istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə  bildirilmişdir. Küçənin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Açılış mərasimində çıxış edən Alı Alıyev Horadiz şəhərində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışmışdır.  Bildirmişdir ki, son illər Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 7 küçədə abadlıq-quruculuq işləri görülmüş, həmin küçələr əslində yenidən qurulmuşdur. Ümumi uzunluğu 15 kilometrə qədər olan həmin küçələrdə yeraltı işıq sistemi çəkilmiş, divar və piyada səkilərinə müasir üslubda daş üzlüklər çəkilmiş, işıqforlar quraşdırılmış, yollar boyunca 5 mindən artıq həmişəyaşıl ağaclar əkilmişdir. Küçələrə asfalt örtüyü salınmış, zövqlə, ustalıqla görülmüş işlər göz oxşayır. Küçələrin təmizliyi, səliqə-səhman işləri daima diqqət mərkəzində saxlanılır.

Alı Alıyev qeyd etmişdir ki, işğal dövrü yandırılmış və dağıdılmış Qurban Namazəliyev küçəsi əslində tam yenidən qurulub, küçəyə asfalt örtüyü salınıb, yeni istinad divarları hörülüb, küçə boyu səkilər yenidən qurulub, kiçik su arxları yenidən tikilib, müasir işıqlandırma sistemləri tətbiq edilib, ağac əkilməsi üçün yerlər hazırlanıb. 

 

Açılış mərasimdə çıxış edən Horadiz şəhər sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.  

Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)
Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)
Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)
Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)
Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)
Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)
Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)
Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)
Yeni küçə açıldı - Horadizdə (FOTOLAR)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam