Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Füzulidə tikinti-abadlıq işləri yeni vüsət almaqdadır

 

 

 

 

                 

 

       

 

 

 

                 Yeni səhiyyə və təhsil ocaqları, yeni yollar...

 

   "xeberinfo.com": “Qarabağ torpağında belə gözəl xəstəxanaların tikintisi bir daha qeyd etmək istəyirəm ki, ilk növbədə insanlara dövlət tərəfindən göstərilən qayğının təzahürüdür, eyni zamanda, Azərbaycan dövlətinin gücünü göstərir. Gün gələcək, belə gözəl binalar, xəstəxanalar hazırda işğal altında olan torpaqlarda tikiləcəkdir. Biz mütləq o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və yenidən bütün şəhərləri quracağıq, tikəcəyik. Əminəm ki, “Böyük qayıdış” proqramı qısa müddət ərzində icra ediləcək və bütün infrastruktur, binalar, xəstəxanalar, məktəblər, iş yerləri açılacaqdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Füzuli rayonunun bir hissəsində görülən işlər onu göstərir ki, biz bütün bərpa işlərini qısa müddət ərzində görə bilərik. Hazırda hər il 20 min köçkün müasir evlərlə, mənzillərlə təmin edilir. Yəni, demək olar ki, hər il biz bir şəhər boyda qəsəbələr, evlər, mənzillər tikib veririk köçkünlərin sərəncamına. Ona görə torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində bütün infrastruktur bərpa ediləcək və bu gün işğal altında olan torpaqlara yeni həyat veriləcəkdir”.  Bu sözləri prezident cənab İlham Əliyev Ağcabədi rayonunda səfərdə olarkən bildirmişdir.

           

      Ölkə başçısı 15 dekabr 2012-ci ildə Füzulidə olarkən açılışında iştirak etdiyi obyektlərin sırasına tikintisi sürətlə davam etdirilən yeni-yeni obyektlər daxil olmaqdadır.

           

       Bu gün Füzulidə həyat qaynayır, işğaldan azad olunmuş kənd və qəsəbələr sürətlə böyüyərək inkişaf edir.   

 

Hazırda Horadiz şəhərində ən yüksək hündürlükdə yerləşən 8 hektar ərazidə Bayraq Meydanı tikilir. Burada 10 min ədədə yaxın həmişəyaşıl ağaclar əkilmiş, yeraltı suvarma şəbəkəsi yaradılmış, müasir işıqlandırma sistemi tətbiq olunmuşdur.  

           

     Şəhərdə Milli Qəhrəmanların Abidə Kompleksinin tikintisi sürətlə davam etdirilir, 31 mart soyqırım qurbanlarının şərəfinə abidənin isə açılışı həyata keçirilmişdir.

           

   Tikinti meydançasını xatırladan Horadiz şəhərində 200 nəfərin işlə təmin olunacağı tikiş fabriki, Tarix-Diyarşünaslıq Muzeyi, Ağsaqqallar evi, rayon İcra Hakimiyyəti üçün inzibati bina, gənclər üçün boulinq zalı tikilir. Heydər Əliyev Parkında 2 hektar əlavə ərazi artırılmış və 8 hektarı əhatə edən parkda hər cür şərait yaradılmışdır. Parkın ərazisi müasir memarlıq üslubunda daş üzlüklərlə bəzədilmişdir.

Rayonda Heydər Əliyev Fondu bir sıra obyektlərin tikintisini aparır. Fondun dəstəyi ilə Horadiz şəhərində 100 çarpayılıq, Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçasının tikintisi həyata keçirilir.

Horadiz şəhərində artıq beş küçə müasir üslubda yenidən qurulmuş, yeni  4 kilometrlik Gənclər prospekti tikilir.

Ölkə başçısının Sərəncamı ilə şəhərdə işğal dövrü yandırılmış 227 evin bərpası başa çatmaq üzrədir. Evləri bərpa olunan ailələr evlərinə qayıdır, uzun illik intizara son qoyurlar. Alıxanlı kəndində işğal dövrü yandırılmış 50 ev bərpa olunaraq sahiblərinə verilmişdir.

Rayon ərazisində yolların bərpası işləri də aparılır. Hazırda rayonun Şükürbəyli – Babı – Birinci Mahmudlu – Aşağı Yağlıvənd - Arayatılı – Kərimbəyli kəndlərinin yollarının əsaslı bərpasına başlanılmışdır.

Yaxın günlərdə Əhmədalılar kəndində 25 evin də bərpası işlərinə başlanması nəzərdə tutulmuşdur.

Qazaxlar kəndində 240 yerlik tam orta məktəb və Əhmədbəyli kəndində 340 yerlik musiqi təmayüllü gimnaziyanın tikintisi yeni dərs ilinə qədər başa çatacaqdır.

Rayonun Haramı adlanan ərazisində sahibkarlıq yolu ilə 500 başlıq heyvandarlıq kompleksi və sutkada 10 ton süd emal edən zavodun tikintisi işləri davam etdirilir. Üçüncü Zobucuq qəsəbəsində sahibkarlıq yolu ilə sutkada 40 ton un-çörək istehsal edən zavod bu günlərdə ilk məhsulunu buraxacaqdır.

Rayonun 24 şəhər, qəsəbə və kəndi təbii qazla təmin olunmuşdur. Qaz çəkilişi davam edir, ilin sonunadək bu məsələ tam həll olunacaqdır.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam