Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

İcra başçısının vətəndaşlarla görüşü davam edir -FOTOLAR

İcra başçısının vətəndaşlarla görüşü davam edir -

 

 

Xeberinfo.com:  Prezident cənab İlham Əliyevin  yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, pambıqçılığın və baramaçılığın bərpası, əhalinin bu sahələrin hesabına məşğulluğunun təmin edilməsii, torpaq sahələrindən səmərəli istifadə edilməsi barədə tapşırıqlarına uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problem və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində olmuş, vətəndaşlarla görüşüb, onlarla söhbət edib, problem və qayğılarını dinləmişdir. Görüş zamanı Alı Alıyev Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan məcburi köçkünlərə elektrik enerjisi və qazdan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib. Alı Alıyev həmin kəndlərdə pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, kənd sakinlərinin həyatyani və pay torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.

Görüşlərdə qeyd olunub ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda sözügedən kəndlərdə pambıq əkini  payız şumu aparılıb, barama saxlayacaq kümçülər müəyyənləşdirilib, həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün isə işlərə başlanılıb.

Görüşlərdə bildirilib ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir,  torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Yerlərdə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar əhali ilə birgə həll olunur.

 

Görüşlərdə Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğıya görə məcburi köçkünlər Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -
İcra başçısının vətəndaşlarla görüşü davam edir -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam