Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Alı Alıyev vətəndaşlarla görüşüb, onların problemlərini dinləyib - FOTOLAR

 

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.

 

Xeberinfo.com:  Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” , “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Birinci və Beşinci Qayıdış qəsəbələrində, həmçinin Araz Dilağarda və Araz Zərgər kəndlərində olmuş vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləmişdir. Görüş zamanı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə olunması barədə Prezident cənab İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər müzakirə olunmuşdur.  Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə Qayıdış qəsəbələrində və Araz Dilağarda və Araz Zərgər kəndlərində kənd sakinlərinin həyatyani torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.

Alı Alıyevin əhali ilə görüşündə qeyd olunub ki, həm Qayıdış qəsəbələrində, həm də Araz Dilağarda və Araz Zərgər kəndlərində əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda qəsəbələrdə və kənddə həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün şum aparılıb, şəxsi təsərrüfatda iri meyvə bağları və istixanalar yaradılıb.

Məcburi köçkünlərdə rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər

Bildirilib ki, Qayıdış qəsəbələrinin və Araz Dilağarda və Araz Zərgər kəndlərinin qaz, işıq, su və digər sosial qayğıları dövlət tərəfindən tam təmin edilmişdir. Qəsəbələrdə və hər iki kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi kitabxana, poçt məntəqəsi, fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Məcburi köçkünlərlə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar xalqla birgə həll olunur.

Görüşlərdə Füzuliyə və füzulililərə göstərdiyi diqqət və qayğıya görə camahatımız Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

 

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam