Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Alı Alıyev növbəti görüş keçirdi:Bala Bəhmənli, Əhmədbəyli və Böyük Bəhmənli kənd sakinləri ilə (FOTOLAR)

Alı Alıyev növbəti görüş keçirdi:

 

  

    Prezident cənab İlham Əliyevin “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, ”Dövlət məmuru xalqın xirdmətçisidir” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

   Xeberinfo.com:  Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin həftə sonu növbəti səyyar-qəbul görüşü Bala Bəhmənli, Əhmədbəyli və Böyük Bəhmənli kəndlərində keçirilmişdir. Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 Səyyar-qəbul görüşlərdə çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib. Alı Alıyev qeyd edib ki, Bala Bəhmənli, Əhmədbəyli və Böyük Bəhmənli kəndlərinin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə  torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

  Səyyar qəbul-görüşdə müxtəlif sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

Alı Alıyev Bala Bəhmənli, Əhmədbəyli və Böyük Bəhmənli kəndlərində pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyani və pay torpaqlarından səmərəli istifadə etməyi, kənd təsərrafatı məhsullarına olan daxili tələbatlarını özlərinin istehsal etdikləri ekoloji təmiz məhsullarla ödəməyi tövsiyyə edib.

Səyyar qəbul-görüşlərdə Alı Alıyev Prezident cənab İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi barədə Fərmanından irəli gələn məsələlərdən bəhs edib. Kənd sakinlərinə elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib.

 

Məcburi köçkünlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Alı Alıyev növbəti görüş keçirdi:
Alı Alıyev növbəti görüş keçirdi:
Alı Alıyev növbəti görüş keçirdi:
Alı Alıyev növbəti görüş keçirdi:
Alı Alıyev növbəti görüş keçirdi:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam