Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Alimlər üçün tikilən binada şok - Gəlinə, sürücünün həyat yoldaşına alınan mənzillər

 

Alimlər üçün tikilən binada şok -

AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdiri yataqxanada yaşayan alimlər üçün tikilən binada evləri mənimsəyiblər.

Yenixeber.org: Bu haqda məlumatı təhsil eksperti Etibar Əliyev verib. O, akademiya rəhbərliyinin mənzilləri necə ələ keçirməsi haqda faktları açıqlayıb.

Belə ki, AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man) rəsmiləşdirilib.

Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75)Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man) üzə çıxıb.

Bundan başqa AMEA-nın Vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) həmin binada 4-cü girişin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man), AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) 4-cü girişin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man) rəsmiləşdirilib.(yenisabah) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam