Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

ABŞERON RAYON POLİS İDARƏSİNİN QOBU POLİS BÖLMƏSİNİN ƏMƏKDAŞLARI ÇEVİKLİK GÖSTƏRDİ



Yenixeber.org: Bu yaxınlarda, 24 dekabr 2019-cu il tarixdə Abşeron rayon Atyalı adlanan yaşayış massivində oğurluq hadisəsi baş vermişdir. Beləki, vətəndaş İsrafilov Çingiz Novruz oğlunun və Hüseynova Aytəkin Ərşad qızının yaşadığı mənəzilə daxil olan naməlum şəxs hər iki evdən müəyyən miqdarda pul oğurlamış və mənzili yararsız hala salmışdır. Təsadüfən həmin gün həmin vətəndaşların yas mərasimi olmuşdur. Yas mərasimindən qayıdan adlarını çəkdiyim vətəndaşlar evə daxil olarkən mənzildə pərakəndəliyin olduğunu görmüşlər və anlamışlar ki, evə qarət məqsədilə oğru girmişdir. Odur ki, heç bir əşyaya toxunmadan Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən 102 xidmətinə zəng etmişlər. Aradan qısa bir müddət keçdikdən sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, oğrunun tez bir zamanda izinə Düşmək üçün fəaliyyətə başlamışlar. Götürülmüş əl izləri və ərazidə olan kamera vasitəsilə polis əməkdaşları oğrunun izinə düşmüşlər. Əməliyyata rəhbərlik edən Qobu polis bölməsinin rəis müavini Qayıbov Samir Köçəri oğlunun rəhbərliyi ilə oğurluq etmiş vətəndaş yaxalanmış və hadisə yerinə gətirilmişdir. Gətirilmiş vətəndaş Fərəcov Fikrət Əkbər oğlu törətdiyi cinayəti tam boynuna almış və oğurluğu necə həyata keçirdiyini detalları ilə göstərmişdir. Ona görə də mənzil sahibləri Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşlarına tez bir zamanda oğrunu tapdığına və çeviklik göstərdiklərinə görə öz minnətdarlıqlarını bildirir.

Qiyam Ərşadoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam