Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Erməninin 26 illik ərköyünlüyü:BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin qeyd-şərtsiz boşaldılması barədə 822 saylı qətnaməsinin qəbulundan 26 il ötür.

Yenixeber.org: Məlumata görə, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 1993-cü il aprelin 30-da keçirilmiş iclasında 822 saylı qətnaməni qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından çıxarılması tələb olunur.

Sənəddə göstərilir ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1992-ci il aprelin 2-də işğal edib. Bunun nəticəsində xeyli insan həlak olub, doğma yurd–yuvalarından didərgin düşüb, işğal edilmiş ərazilərdə qədim tarixi abidələr dağıdılıbdır. Bütün bunlar isə beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd və qəbul edilməzdir.

Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməmişdir.

Qeyd edə ki, Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
Ermənilər Kəlbəcərin Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı və daha neçə-neçə mədəni-tarixi abidəni də dağıdıblar.

 Hazırladı: Əntiqə Rəşid

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam