Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərsu” ASC-nin korrupsioner Mingəçevir rəisi bu dəfə Prezidentə qarşı: SAHİBKARLAR ŞƏHƏRİ TƏRK EDİRLƏR

Yenixeber.org: Mingəçevir Su Kanal İdarəsinin rəisi Marif Məmmədov şəhərdə fəaliyyət göstərən sahiblarlara qarşı açıq ‘səlib yürüşü’nə başlayıb. Sərt karantin dönəmində onsuz da ‘əldən düşən’ iş adamları, bu dəfə Qorxmaz Hüseynovun Mingəçevirdəki nümayəndəsi, tələbə yoldaşı Marif Məmmədovun zülmü ilə qarşılaşıblar. Dəfələrlə rüşvət faktına förə məsuliyyətə cəlb olunan Maarif Məmmədov bu dəfə biraz da irəli gedərək açıq şəkildə Prezident İlham Əliyevin iradəsinə qarşı çıxır. Redaksiyamıza müraciət edən onlarla mingəçevirli iş adamı, belə davam edərsə şəhəri tərk edəcəklərini deyirlər. Sərt karantin dönəmində ölkə başçısının çağırışına qoşulan, dəstək verən sahibkarları ölkədən küsdürmək, biznesini məhv etmək, yümşaq desək, xəyanətdir. Bu qədər özbaşınalıqlar, cinayətlər, xəyanətlər burulğanında qıvrılan məmuru Qorxmaz Hüseynovun himayə etməsi, əslində, bir çox mətləblərdən xəbər verir.

Bundan öncə də Marif Məmmədovla bağlı ciddi faktlar səsləndirilmişdi.
Məlumatda qeyd olunurdu ki, Maarif Məmmədov "Azərsu” rəhbəri ilə tələbə yoldaşı olub və əvvəl Mingəçevir Sukanal İdarəsində rəis müavini, sonra isə "Bakı Sukanal” İdarəsində məsul vəzifədə çalışıb.
Məsələ heç də, yeni rəisin tələbə yoldaşı olmasında deyil. Bu haqda məlumat verən mənbə bildirir ki, yeni rəis M. Məmmədovla bağlı bir ildən artıqdır ki, Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır: "Keçən ay Mingəçevir Sukanal İdarəsinin rəisini "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov korrupsiyaya görə vəzifəsindən kənarlaşdırdı, amma onun yerinə daha yekə rüşvətxoru rəis təyin etdi.
Bir necə il bundan qabaq Mingəçevirdə Sukanalda rəis müavini işləyərkən bir necə obyektlərdən – daha dəqiq "Zərif” Şadlıq Evinin Nəriman adlı sahibindən rüşvət aldığı üçün barəsində keçən il cinayət işi açılıb və hal-hazırda da müvafiq maddələrlə istintaqı gedir. Amma cinayət işi açılandan sonra Qorxmaz Hüseynov nəyin müabilindəsə barəsində cinayət işi gedən adamı aparıb "Bakı Sukanal” İdarəsində məsul vəzifəyə təyin etdi. İndi isə köhnə rəisi korrupsiyaya görə işdən çıxarıb, barəsində rəsmi olaraq korrupsiya araşdırması aparılan tələbə yoldaşını rəis təyin etdi”.(mingecevir.org)
Məsələ ilə bağlı yazı adı hallanan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam