Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Lənkaranda tarixi abidəni söküb, yerində şadlıq evi tikiblər-FOTOFAKT

 Azərbaycan Respublikasının Mədəniyyət nazirinin rəsmi məktubuna əsasən, Lənkaran şəhərində Dövlət muhafizəsində olan “Nizami adına kinoteatr binası” tarixi-memarlıq abidəsi və Dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin sökülməsi üzə çıxıb.

 

Yenixeber.org: Redaksiyamızın elektron poçtuna Fakhraddin Gezalov njo.gasr@hotmail.com emaildən məktub daxil olub. Məktubda Lənkəran şəhərində Dövlət mühafizəsində olan “Nizami adına kinoteatrın binası” tarixi-memarlıq abidəsinin, Dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin sökülməsi və yerində Şadlıq Sarayının tikilməsindən bəhs olunur. Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

 

"Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və Vətəndaşların müraciəti ilə bağlı İş Şöbəsinin 29 oktyabr 2018-ci il tarixli, 21/2968 saylı məktubu ilə “Qəsr Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İB-nin  Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış 2018-ci il 19 sentyabr tarixli, 18601/20914 aid nömrəli müraciətində Lənkəran şəhərində Dövlət mühafizəsində olan “Nizami adına kinoteatrın binası” tarixi-memarlıq abidəsinin, Dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin sökülməsi və yerində Şadlıq Sarayının tikilməsi barədə tədbir görülməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru cənab Zakir Qaralova göndərilmişdir. Müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və fakta görə AR CM-nin 308.1 və 246-cı maddələri ilə cinayət işi başlanaraq, müstəntiq tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və İnkişafı və Bərpası üzrə Dövlət Xidməti zərərçəkmiş kimi istintaqda tanınmışdır. Halbuki, Tarixi-memarlıq abidəsinin satılmasına, dağıdılmasına rəsmi şərait yaradan dövlətin mədəniyyət siyasətini həyata keçirən Dövlət qurumunun özüdür (Azərbaycan Respublikasının Mədəniyyət naziri tərəfindən imzalanmış məktubların sürəti əlavə olunur). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Lənkəran şəhər məhkəməsinin icraatında olan 1(049)-172/2019 nömrəli cinayyət işinin məhkəmə istintaqında Dövlətin mədəniyyət sahəsində aparmalı olduqları siyasətini dəstəkləmək əvəzinə, yazılı olaraq bildirmişlər ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin abidənin dağıdılmasına münasibətdə heç bir şikayəti və tələbi yoxdur. İstintaq tərəfindən müəyyən olunmuş Tarixi-memarlıq abidəsinin dağıdılması nəticəsində, abidəyə dəymiş ziyana görə dövlət büdcəsinə ödənilməli olan 480.000 manat maliyyə vəsaitinindən də yazılı surətdə imtina etmişlər.

Onu da qeyd etmək lazımdır ki, “Qəsr Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İB-nin çoxsaylı müraciətləri və gördüyü əməli tədbirlərin nəticəsi olaraq Lənkaran şəhərində Dövlət muhafizəsində olan dağıdılmış “Nizami adına kinoteatr binası” tarixi-memarlıq abidəsinin yerində “NEON-111” MMC tərəfindən inşa edilmiş Şadlıq sarayının birinci mərtəbəsi kino-teatra aid olması nəzərdə tutulmuşdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin uçurulmuş heykəli əvvəlki yerində bərpa olunmuşdur (Foto şəkillər əlavə olunur). 

Qəsr Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İB-nin mətbuat xidməti - əlaqə: (012) 408-17-85; mob: (055) 707-65-68"

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam