Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəki Xan Sarayı haqqında bilmədiklərimiz -VİDEOREPORTAJ

 

 

Yenixeber.org: Şəki şəhərində yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarixi-memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası Qafqazda XVIII əsr saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunun direktoru Təranə Abdullayeva şimal-qərb büromuza bildirib ki, mövcud tarixi abidələr vaxtaşırı təmir edilsə də, əsas diqqət müstəqillik əldə olunandan sonra artıb: "Təkcə son 10 ildə ən əsas dünya əhəmiyyətli abidələr əsaslı bərpa olunub".

Şəkinin tarixi hissəsinin Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələrdə iştirak edən sənətkarlar var.

Bildirək ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın Şəki şəhəri ilə bağlı irəli sürdüyü nominasiya qəbulu Şəki şəhərində ayrıca bayram günü ilə qeyd olunacaq.(report)

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam