Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müstəqim Məmmədovla icra nümayəndəsi şəhid ailəsinin torpağını necə ələ keçirib… –Tərtərdən daha bir şikayət

 

 1950-ci ildə Şuşa şəhərində  doğulmuş, hal –hazırda Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi mənzil 20, ev 4-də müvəqqəti yaşayan, Dadaşov Qəzənfər Kərəm oğlu Tərtər rayonunun rəhbərliyi tərəfindən şəhid ailəsi olmalarına baxmayaraq edilən haqsızlıqla bağlı ölkə rəhbərliyinə şikayət ərizəsilə müraciət edib.

Yenixeber.org: Həmin şikayətin bir nüsxəsini redaksiyamıza göndərən Qəzənfər Dadaşov məsələnin həm də ictimailəşməsini xahiş edib. Həmin şikayəti olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirirəm ki, 1998-ci ildə Tərtər Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında  anam – Dadaşova Quba Məiş qızına və qohumum – Rəhimova Məxmər  Qənbər qızına Köçərli kəndində yerləşən bələdiyyənin ehtiyat fondundan  12 hektar əkin, 8 hektar örüş yeri  ayrılıb. Həmin torpaqda biz kənd təsərrüfatı işləri ilə məşğul olurduq.  Təəssüflər olsun ki,  rayon rəhbərliyi bizə öz işimizlə  məşğul olmağa imkan vermədi.  Bu haqda  dəfələrlə əlaqədar qurumlara müraciət etsək də, dərdimizə əlac edilmədi.  Bizə cavab verdilər ki, həmin ərazidə yerləşən məcburi köçkünlər oradan çıxandan sonra  torpaqdan istifadə edə bilərik. 

İndi isə bizə məlum olur ki, bizim, yəni şəhid ailəsinin adına olan  torpağı məmurlar  qeyri-qanuni olaraq , vəzifə səlahiyyətindən istifadə edərək, əvvəlki tarixə öz doğmalarının adına sənədləşdiriblər.  Bu qanusuzluğu edən Köçəri kəndinin icra nümayəndəsi işləyən Mübariz Yunusovdur. Sözügedən məmur bu saxtakarlığı  uzun müddətli icarəyə götürmək adı ilə öz qardaşının həyat yoldaşının adına sənədləşdirib.  Həmin ərazidə yerləşdirilən məcburi köçkünlərə bu günə kimi  ev verilməyib. Bunu məqsədli şəkildə edirlər. Əvəzində icra başçısı ilə əlbir olan kənd icra nümayəndəsi  mənzilləri başqa adamlara verdirirlər. Necə olur ki, indiyə  qədər həmin ərazidə  tikilən 36 bina yalnız bizim yeri  zəbt edən qaçqınlara ev verilmir?

Çox xahiş edirəm ki, ölkəmizdə korrupsiya ilə geniş mübarizənin aparılması çərçivəsində Tərtərin icra başçısı Müstəqim Məmmədov və Mübariz Yunusovun iş birliyi nəticəsində pozulan hüquqlarımızın təmin olunmasında bizə yardımçı olasınız. Əvvəlcədən Sizə dərin minnətdarlığımızı bildiririk”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Çinarə SEYİDOVA: (azinforum.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam