Ziyəddin Əliyev 30 vətəndaşa verilmiş binanı sökərək yerində uşaq bağçası inşa edib - Prezidentə müraciət
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10, blok 1, mənzil 11-də kirayə yaşayan təqaüdçü müəllim İbad Dadaşov və həyat yoldaşı Bahar Dadaşova Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevdən Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlayıblar.
Yenixeber.org: Şikayətçilərin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
Hörmətli, cənab Prezident İlham Əliyev,
Hörmətli, vitse-prezidenti Mehriban xanım Əliyevaya,
- Mən 47 il öncə Ümummilli Liderimiz Heydər Əliyevin tələbə-gənclərlə görüşündə söylədiyi irad və tövsiyələri əldə rəhbər tutaraq gənc mütəxəssis kimi təyinatla Quba rayonuna göndərilmişəm.
Həyatəmın 30 ilini İngilis dili müəllimi kimi Qubada çalışmışam. Gənc mütəxəssis kimi güzəştli əsaslarla mənzil növbəsində durmuşam. Mənzillə təmin olunmağım barədə 1987-ci ildən bəri dəfələrlə respublikanın, eləcə də Quba rayonunu əlaqədar təşkilatlarına ərizə ilə müraciət etmişəm.
Hörmətli, cənab Prezident İlham Əliyev,
Hörmətli, vitse-prezidenti Mehriban xanım Əliyevaya,
Şikayət ərizəmə yalnız 1992-ci ilin mayında baxılmışdır. Belə ki, rayon İH-nə çağrılaraq şəhərin Azərbaycan (indiki H.Əliyev prospekti) küçəsində 1986-cı ildən inşasına baılanılmış, lakin tikintisi başa çatdırılmamış 60 mənzilli binada 2 otaqlı mənzilin orderi mənə təqdim olunmuşdur.(orderin surəti əlavə olunur) order alarkən binanın hazır olan hissəsindən mənə mənzil verilməsini xahiş etdikdə bildirdilər ki, ilin sonunadək onun yarımçıq qlmış digər 30 mənzilli hissəsi də tikilib istifadəyə veriləcəkdir.
Lakin order mənə veriləndən keçən 28 il ərzində dəfələrlə Prezident Administrasiyasına, Milli Məclisə, Qubanı Milli Məclisdə təmsil edən deputat Vahid Əhmədova, Baş Nazirə və digər əlaqədar təşkilatlar konstitutsion hüquqlarımın təmin olunması barədə müraciət etmişəm.
Hörmətli, cənab Prezident İlham Əliyev,
Hörmətli, vitse-prezidenti Mehriban xanım Əliyevaya,
Bütün hallarda şikayətim baxılmaq üçün Quba rayon icra hakimiyyətinə göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq Quba rayon İH-nin rəhbərliyi tərəfindən şikayətim təmin olunmamışdır.
Adı gedən yarımçıq binanın tikintisi üçün ayrılmış vəsaitə baxmayaraq onun tikintisi başa çatdırılmamış, sonuncu, yəni indiki icra başçısı Ziyəddin Əliyev tərəfindən dağıdılmış, 30 vətəndaşa verilmiş orderləri ləğv edib, binanın yerində uşaq bağçası inşa edilmişdir.
Hörmətli, cənab Prezident İlham Əliyev,
Hörmətli, vitse-prezidenti Mehriban xanım Əliyevaya,
2003-cü ildən bəri Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamaq məcburiyyətində qalmışıq. Mən, təqüdçü həyat yoldaşım, iki oğlan uşağı olan qızım-tək ana Bakı şəhəri, Hövsan qəsəbəsində kirayədə yaşayırıq.
Aldığımız təqaüd ün bir hissəsini kirayəyə,qalan hissəsi ilə də güclə dolanırıq. Ailə vəziyyətimizin son dərəcə ağır olduğunu nəzərə alaraq, hazırda Quba şəhərində tikilməkdə olan yaşayış binalarından bizə mənzil verilməsi barədə Quba rayon İH başçısna göstəriş verməyinizi və konstitutsion hüquqlarımızın bərpa olunmasını Sizdən xahiş edirik.
Qabaqcadan sizə minnətdarlığımızı bildiririk.(milletinsesi.info)
P.S. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.