İcra başçısı Müstəqim Məmmədovun şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısı Müstəqim Məmmədovla bağlı nöqsanlar və iddialar bitmək bilmir. Tərtər rayonundan daha bir şikayətçi icra başçısının bürokratik əməlləri ilə bağlı redaksiyaya müraciyyət ünvanlayıb.
Yenixeber.org: Tərtər rayon Səhlabad kənd sakini şəhid oğlu Mahmudov Ziya Mehrac oğlu, şikayət xarakterli qısa videyo çəkərək kanalımızın WhatsApp nömürəsinə göndərdi.
Şikayətçi Mahmudov Ziya Mehrac oğlunun atası Mahmudov Mehrac Məhəmməd oğlu 1994-ci ilin Aprel ayının 24 də Qarabağ müharibəsi zamanı müstəqil torpağlarımız uğrunda qəhramancasına Şəhid olub. Şəhid Mahmudov Mehrac Məhəmməd oğlu müharibədə igid, qəhramancasına Şəhid olduğu üçün 1998-ci ildə, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağ ordeni ilə tərtif olunub.
Bütün bunlara baxmayaraq Şəhid oğlu Mahmudov Ziya Mehrac oğlunu Tərtər rayonun harınlamış İcra başçısı Müstəqim Məmmədov gün verib işıq vermir. Sözün əsl mənasında gözünü açmağa imkan vermir..
Prezident İlham Əliyevin sərəncamı ilə Müstəqim Məmmədov 2014-cü ilin mayında icra başçısı təyin edilib və Müstəqim Məmmədov İcra başçısı təyin olunandan indiyə kimi demək olar ki, hər gün iş vaxtı bitməmiş Tərtər rayonunu tərk edərək, anadan olduğu Yevlax şəhərinə, və ya Azərbaycanın 2-ci Paytaxtı olan Gəncə şəhərinə üz tutur. Müstəqim Məmmədova yaxın mənbələrin bildirdiyinə görə, o, bu addımı şəxsi təhlükəsizliyi naminə atır. Yəni deyilənlərə görə. canını qoruyur
Belə ki, Tərtər rayonu cəbhə bölgəsi olunduğu üçün, Müstəqim Məmmədov gecədə rayonda qalmaqdan qorxur. Yəni ola bilər ki. erməni dığası hücum edər və ya nəsə pis hadisə olar...
Tərtər camaatı, şərəfsiz, mənfur eriməni dığaları ilə üz-üzə olmağına baxmayaraq, demək olar ki, hər gön atəşkəsin pozulmasına əhəmiyyət vermədən həyatlarına davam edirlər. Rayon və kənd sakinləri bütün təhtidlərdən çəkinməyərək doğma yurd-yuvalarını, əziz olan torpağlarını tərk etmirlər.
Amma təhsüf ki Tərtər Rayonuna rəhbərlik edən dırnaqarası, hafınlamış, icra başçısı Müstəqim Məmmədov, rayonu tərk edərək rayonda qalmağı özünə sığışdırmayaraq, canını sığortalayır. rayonun çörəyini yeyib, suyunu içən bu kəs Tərtəri gecədə qorumaq əvəzinə qorxaqlıq edib qaynanasını yanına qaçır.
Prezident İlham Əliyev, qaynar bölgələrdən biri olan olan Tərtər rayonunu və kəndlərini, adı çəkilən məsuliyyətsiz, işəyaramaz və harınlamış icra başçısı Müstəqib Məmmədova ləyaqətlə, vicdanla rəhbərlik etməyi və əhalinin xidmətində olmağı ciddi şəkildə tapşırıb. Amma nə olsun ki. Müstəqim kimi ağır eşidən o qədər məmur lar var ki...
Qeyd edirik ki, 47 yaşlı Müstəqim Məmmədov 2012-2014-cü illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini işləyib. O, hazırki vəzifəsinə Prezident İlham Əliyev Cənablarının 7 may 2014-cü il tarixli sərəncamı ilə təyin edilib.
Məsələ ilə bağlı, mövqeyini örgənmək məqsədi ilə, Tərtər rayon icra başçısının 1-ci müavini Ramiz Şabanov ilə əlaqə saxladıq və müavin Ramiz Şabanov redaksiyamıza şikayət edən Mahmudov Ziya Mehrac oğlunun həmçinin, Sadığov Babək Yolçu oğlunun şikayətləri əsassız olduğunu və rayon rəhbərliyinə şər-böhtan atdığını bildirdi.
Deyə bilərik ki, Tərtərdə məmur özbaşınalığı göz qabağındadır, 1-ci müavin Ramız Şabanovun belə bir mövqe sərgiləməsi əlbətdə ki qırmızı yalandır.
Onuda qeyd edək ki, bir necə gün bundan əvvəl "Qarabağın Həcəri" kimi mşhur olan Tərtər sakini, Qarabağ veteranı Səbirə Mahmudovada Tərtər rayonun İcra başçısı Müstəqim Məmmədovdan Prezidentə sosial şəbəkə vasitəsi ilə şikayət ünvanlamışdı.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Qerb Bolgesi tv