Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SURAXANININ BAŞÇISI ILQAR ABBASOVUN VƏTƏNDAŞIN QANUNİ TORPAĞINI ƏLƏ KEÇİRMƏK OYUNU-YENİLƏNR

 

image here
Yenixeber.org: Suraxanı rayonunun bir qrup sakini Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və onun müavini Etibar Yolçiyevin, eləcə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin sədri Çingiz Bəşirovun qeyri-qanuni hərəkətləri barədə Prezident İlham Əliyevə şikayət ünvanlayıblar. Surəti redaksiyamıza təqdim olunan şikayətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
Əhmədova Sevinc İdris qızı, Həşimov Şaiq Həşim oğlu, Rəhimov Ələm Səməndər oğlu, Seyidova Salatın Muxtar qızı, Əhmədov Aydın Muxtar oğlu və Əhmədov Oktay Muxtar oğlunun hüquqi nümayəndəsi İsmayılov İlqar Raquf oğlu tərəfindən
Müraciət
Çox hörmətli cənab Prezident!

Bu müraciətimizlə yazıb Sizə bildiririk ki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və onun müavini Etibar Yolçiyevin, eləcə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin sədri Çingiz Bəşirovun qeyri-qanuni, tamahkar əməllərindən neçə illərdir dincliyimiz yoxdur. Belə ki, Əhmədova Sevinc İdris qızına Bakı şəhər XDS İcraiyyə Komitəsinin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17705 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən sahəsi 0,25 ha olan 18 “b” saylı bağ sahəsi, Həşimov Şaiq Həşim oğluna Bakı şəhər XDS İcraiyyə Komitəsinin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17706 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən yenə də həmin ərazidəki sahəsi 0,25 ha olan 18 “v” saylı bağ sahəsi, Rəhimov Ələm Səməndər oğluna Bakı şəhər XDS İK-nin“Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17707 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 19 “b” saylı bağ sahəsi, Seyidova Salatın Muxtar qızına Bakı şəhər XDS İK-nin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17708 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 19 “c” saylı bağ sahəsi, Əhmədov Aydın Muxtar oğluna Bakı şəhər XDS İK-nin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17703 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 17 “b” saylı bağ sahəsi və Əhmədov Oktay Muxtar oğluna Bakı şəhər XDS İK-nin “Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi” ilə bağlanmış 17704 saylı, 23.08.1990-cı il tarixli icarə müqaviləsinə əsasən sahəsi 0,25 ha olan 17 “v” saylı bağ sahəsi icarəyə verilmişdir. Həmin torpaq sahələrinə dair biz vətəndaşların əlində 2012-ci il tarixdən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq «Çıxarışlar»ı vardır, qeyd olunan torpaq sahələri biz vətəndaşların xüsusi mülkiyyətindədir. Hansı ki, vaxtilə bu torpaq sahələrinin yerləşdiyi sahələr bataqlıq ərazilər olmuşdur, tərəfimizdən külli miqdarda vəsait xərcləməklə abadlaşdırılmışdır. Təəssüflər olsun ki, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı və onun müavini 2016-cı ildə torpaq sahələrimizi zor gücünə əlimizdın alıb qonşuluqda yerləşən və icra başçısı İlqar Abbasova məxsus olan “Simurq” istirahət mərkəzi-restoranına qatmaq istəyirlər. Dəhşətli hal budur ki, onlar bunun üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin sədri Çingiz Bəşirovun qanunsuz köməyindən bəhrələnmək istəyirlər, bizi məhkəmə ilə hədələyirlər, məhkəmələrdə süründürürlər. Suraxanı rayon İcra Hakimiyyətinin başçısı özünü xalqın xidmətçisi kimi yox, rayonun ağası kimi aparır.
Cənab Prezident!
Xahiş edirik ki, bizi İlqar Abbasovun və Etibar Yolciyevin təzyiqlərindən və zülmündən qurtarasınız. İnanırıq ki, tezliklə bu dövlət məmurlarının qanunsuz hərəkətlərinə son qoyulacaq, haqq-ədalət bərpa ediləcək. Biz Sizin ədalətinizə güvənirik.
Dərin hörmətlə:
Əhmədova Sevinc İdris qızı, Həşimov Şaiq Həşim oğlu, Rəhimov Ələm Səməndər oğlu, Seyidova Salatın Muxtar qızı, Əhmədov Aydın Muxtar oğlu və Əhmədov Oktay Muxtar oğlunun hüquqi nümayəndəsi İsmayılov İlqar Raquf oğlu.

SURAXANININ BAŞÇISI ILQAR ABBASOVUN VƏTƏNDAŞIN QANUNİ TORPAĞINI ƏLƏ KEÇİRMƏK OYUNU-YENİLƏNR
SURAXANININ BAŞÇISI ILQAR ABBASOVUN VƏTƏNDAŞIN QANUNİ TORPAĞINI ƏLƏ KEÇİRMƏK OYUNU-YENİLƏNR
SURAXANININ BAŞÇISI ILQAR ABBASOVUN VƏTƏNDAŞIN QANUNİ TORPAĞINI ƏLƏ KEÇİRMƏK OYUNU-YENİLƏNR
Redaksiyadan: müraciətdə bəhs edilən məsələlərlə və şikayətçilərin redaksiyamızda olarkən təqdim etdikləri sübutlarla bağlı bir müddətdir Suaraxanı RİH-ə elektron sorğu göndərilibdir. Lakin bu günədək cavab yoxdur. Qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq.(tezadlar)



        

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam