Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

Biləsuvar sakinləri İcra Hakimiyyətinin binası qarşısına nə üçün toplaşıblar? – RƏSMİ AÇIQLAMA


"Biləsuvar sakinləri RİH qarşısında yığışıb. Onlar yardımların düzgün paylanmasını tələb edərək, etiraz etdiklərini deyirlər".
Yenixeber.org: Kadrlarda sakinlərin İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşdığı və polis əməkdaşlarının əraziyə cəlb edildiyi müşahidə edilir. Polisin sakinlərə zor tətbiq etdiyi, onları ərazidən qovduğu, yaralanan və saxlanılanların olduğu iddia edilir.

Məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı və təhlili sektorunun müdiri İslam Bayramov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, sözügedən sakinlər əlillərə verilən yardımın onlara da verilməsini tələb ediblər: “Dövlət Sosial Müdafiə Fondu bu gün 18 yaşına çatmamış əlil uşaqlar üçün ailələrə yardım verirdi. Camaat da yığışıb oraya ki, “onlara verirlər, mənə niyə vermirlər o yardımı”. Onlara da başa sala bilmirik ki, bu evdə əlil var. Deyirlər ki, “onun imkanı var”. İmkanı olsa belə evində 18 yaşına çatmamış əlili var. Nə olsun ki, imkanı var? Bu yardım ailəyə verilmir ki, əlil şəxsə verilir. Camaat da ona etiraz edir ki, həyətində maşını, ikimərtəbəli evi var, sən gətirib ona yardım verirsən”.
İ. Bayramov bildirib ki, etiraz edənlərdən polis tərəfindən saxlanılan olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam