Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəmkirdə əhali kartof rüsumuna etiraz olaraq aksiya keçirib -Başçı danışıqlar aparsa da...

        

Şəmkirdə əhali kartof rüsumuna etiraz olaraq aksiya keçirib - Başçı danışıqlar aparsa da...
Şəmkir rayonunda katrofa tətbiq edilən əlavə gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası ediblər.
Yenixeber.org: Məlumata görə, bu barədə kənd sakinləri bildiriblər. Qeyd edilir ki, rayonun Sabirkənd sakinləri əlavə gömrük rüsumuna etiraz olaraq rayon sakinləri dəmir yolunu bağlayıblar.

Əraziyə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.
Məsələyə aydınlıq gətirmək üçün rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Əliyev bildirib ki, məsələ ilə əlaqədar əhali ilə danışıqlar aparılıb.
“Camaatla danışıqlar apardıq. Əhalidən 2-3 gün möhlət istədik. Sakinlərlə razılaşdıq və problemlə bağlı aidiyyatlı qurumlarla birgə bir qərar veriləcək”, – deyə Mahir Əliyev bildirib.
Qeyd edək ki, təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
Dəyişikliyə əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.
Mayın 31-dək isə Azərbaycandan xaricə ixrac olunacaq kartofun hər kiloqramına 2 dollar gömrük rüsumu qoyulacaq.(GencePost.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam