Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sevindik Hətəmovdan olunan şikayətlər çoxalır-SƏBƏB

 Bölgələrdən yuxarı instansiya dövlət orqanlarına və şəxsən Prezident İlham Əliyevə ünvanlanan əksər şikayətlərin, müraciətlərin mövzusu daha çox sosial problemlər, məhkəmə hüquqpozmaları və yerli İcra Hakimiyyəti orqanları məmurları tərəfindən yaradılan bürokratik əngəlliklər olur. Sakinlər çox vaxt narazılıqlarını media orqanlarında və sosial şəbəkələrdə də ictimailəşdirirlər.

Yenixeber.org: Sosial media üzərdindən apardığımız araşdırmalarda daha  çox hansı rayonların adı hallanır? Bu baxımdan Salyan rayon İcra Hakimiyyəti və onun başçısı Sevindik Hətəmovun adına sakinlərinin şikayətlərinə baxılmaması, yerli qurumlar tərəfindən olunan müracitlərin gözardı edilməsi məktublarında daha çox rast gəlinir. Barəsində Prezident Administrasiyasına da ən çox şikayət olunan rayonların siyahısında məlumatlara görə Salyan  birincilər sırasındadır.Sakinlərdən yuxarı instansiyalara daha çox narazılıq olunan rayonlardan biri kimi Salyanın adının çəkilməsi İcra Hakimiyyəti başçısının idarəetməni günün tələbləri səviyyəsində qura bilməməsini düşünməyə  əsaslar verir.

Bəs Sevindik Hətəmov həqiqətənmi işini günün tələbləri səviyyəsində təşkil edə bilmir? Onun bu  kimi içlərdə təcrübəsi olmalıdır axı. Əmək fəaliyyətinə nəzər saldıqda nələri görmüş oluruq? Elə son illəri götürdükdə,Sevindik Hətəmovun idarəetmə sahəsində təcrübəsinin geniş olması qənaətinə gəlmək olar.2005-2010-cu illərdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Ölkə başçısının 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.Bu kimi əhəmiyyətli işlərdə çalışmış bir şəxsin idarəetmə sahəsində təcrübəsi olmaya bilməz. Bəs Sevindik Hətəmovun rəhbəri olduğu bir rayondan olunan şikayətlərin çoxluğu nə ilə bağlıdır?

Məlumatlara görə bu İcra başçısının var dövlətə hərisliyi ilə bağlı olan məsələdir. elə yuxarıda da qeyd etdiyimiz kimi,sosial şəbəkələrdə onun çoxsaylı biznes şəbəkəsinin olması barədə axtarsan kifayət qədər geniş məlumat əldə etmək olar.Bu qədər biznes imkanlarının qarşılığında Salyanda büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərinə də göz tikməsi Sevindik Hətəmovda çatışmayan cəhətlərdən biridir.

Salyan İcra hakimiyyətinə başçısı təyin olunduqdan sonra onun rəhbərliyi altında rayonda nə kimi işlər görülüb,nə kimi yeniliklər olub? Rayonda kəndlərarası yollar  bərbad vəziyyətdədir.Olunan şikayətlərə görə kəndlərdə demək olar ki,qaz yox dərəcəsindədir. Əsasən əkinçilik rayonu oldiuğundan sakinlər təsərrüfatlarını əkib,becərmək üçün suvarma suyndan istifadə edə bilmir.Bütün bunların hamısı İcra başçısının gündəlik qayğılarından biri olmalıdır əslində. Ancaq Sevindik Hətəmov nə edir? Rayonda təmir tikinti adı altında ayrılmış dövlət vəsaitlərini formal olaraq yaratığı şirkətlər vasitəsi ilə mənimsəməklə məşğuldur.

Cari ilin mart ayının əvvəllərindən ölkə ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar 12.02.2020-ci ildə üç lot üzrə Salyan şəhərində aparılacaq abadlaşdırma xərclərinin, yolların əsaslı təmirinin,mənzil fondundakı evlərin əsaslı təmiri xərclərinin satınalınması və 05.03.2019-cu ildə Salyan şəhəri X.R.Ulutürk küçəsi 32 saylı 9 mərtəbəli evin liftlərinin dəyişdirilməsi işlərinin satınalınması üzrə elan olunmuş tenderləri qoyuruq bir kənara.

15 noyabr 2019  Salyan rayon İcra Hakimiyyətinin 2019-cu ildə inzibati binada cari təmir işlərinin, bərk inventarların və şəhərin işıqlandırılması üçün elektrik lampalarının satınalınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusu müsabiqəsi keçirildikdən sonra elektron satınalmalarda nəticələri barədə nə üçün elan verilməmişdir? Bu işlər üzrə kiminlə müqavilə bağlanmış və nə qədər xərc çəkilmişdir?

Salyan Rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu il üçün Salyan şəhər 7 saylı uşaq bağçasının əsaslı təmir işlərinin satınalınması, yumşaq inventarların satınalınması, bərk inventarların satınalınması üzrə elan olunmuş kotirovka sorğusunun qalibi kim olub,nə qədər vəsait xərclənib? 15 mart 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilən məşğulluq tədbirləri çərçivəsində haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərin geyim, inventar və mal-materialların satınalınması üzrə verilmiş “Təkliflər Sorğusu”nun nəticələri barədə, 28 mart 2019-cu ildə Salyan Rayon Mərkəzi Xəstəxanası 2019-cu ildə səhiyyə müəssisələrinin əsaslı təmirinin, yumşaq və bərk inventarların, digər maşın və avadanlıqların satınalınması üzrə keçirilmiş tenderin,19 aprel 2019-cu il tarixdə 2 lot üzrə elan olunmuş,Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilən məşğulluq tədbirləri çərçivəsində haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərin geyim, inventar və mal-materialların satınalınmasının nəticələri necə olub? Dövlət satınalmalarında bu barədə də heç bir məlumat əldə edə bilmədik.Bizim bu yöndə əldə etdiklərimiz isə olanların heç yüzdə biri deyil. Konkret tarixlərdə elan olunmuş tenderlərin nəticələrinin,ayrılmış vəsaitlərin məbləğinin açıqlanmaması sizlərə bir az müəmmalı, bir az da şübhəli gəlmirmi? Əslində onların hamısı görk üçün vaxtında açıqlanıb.Lakin az bir  zamandan sonra yuxarıdakı tanışlıqlar vasitəsi ilə internet resurslarından bu məlumatlar da çıxarılıb. Sevindik Hətəmovun təcrübəsi bax bu kimi işlərə yetir. Çünki bəzi məlumatlar orada çox qaldıqda, ortaya bir çox cavabsız suallar çıxara bilər Mənimsənilmiş pulların məbləği hamıya bəlli olar. Rayon sakinlərinin o pullardan xəbərsiz olduqları ortaya çıxa bilər.Sonda bu da Salyan rayonundan yuxarı instansiya orqanlarına olunan şikayətlərin sayını artıra bilər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən məşğulluq tədbirləri çərçivəsində haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilərə ayrılan pulların bir çox rayon İcra Hakimiyyəti başçısı və onların yerlərdəki nümayəndələri tərəfindən mənimsənilməsi faktları ortaya çıxdıqdan sonra elə bir çoxları kimi Sevindik Hətəmovun da gizlətməyə çalışdığı,lakin gizlədə bilmədiyi məsələlər var.Sözügedən məşğulluq tədbirləri çərçivəsində Salyanda da on minlərlə insanın haqqı yeyilib.Daha əvvəlki kimi, bu sıradan olan halları ört-basdır etmək mümkün deyil.Üstünün hər an açıla biləcəyi təhlükəsi Sevindik Hətəmovu bu gün başqa addımlar atmağa məcbur edir. Axı onun bu kimi işlərdə təcrübəsi çoxdur. Düzdür,bu təcrübə ona işlərini günün tələbləri səviyyəsində qurmağa yetməsədə də,qəfil gələn bəlalardan qorunmağa yetir.Mövzuya apardığımız araşdırmaların nəticələrindən asılı olmayaraq bir daha qayıdacağıq.(aktualinfo.org)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam