Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Sevindik Hətəmov Salyandan Mingəçevirə getmək istəyir-aqrar sektor üzrə göstəricilər bərbad - pambıq tarlada qalıb   

     

Sevindik Hətəmov Salyandan Mingəçevirə getmək istəyir- aqrar sektor üzrə göstəricilər bərbad - pambıq tarlada qalıb
Yenixeber.org: "Salyandan təqdim olunan fotodan görünür ki, pambıq yığmazdan əvvəl onun yarpaqlarının tökülməsinə səbəb olan dərmanın sahələrə vurulmamasına görə, tarla hələ də yaşıl rəngdədir. Yeri gəlmişkən onu da qeyd edim ki, Salyan icra hakimiyyətində bələdiyyələrin və yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda icra başçısı pambıq yığımına əhalinin marağının olmamasından gileylənib və təklif edib ki, yığıma səhiyyə və təhsil müəssisələrinin texniki işçiləri məcburi qaydada cəlb edilsin. Bu rayonda kombaynların çatışmazlığı da müzakirə mövzusu olub" bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu yazıb.

Məlumata əsasən Salyanın icra başçısı artıq bununla bağlı olaraq yuxarı dairlərdə müzakirə edilib. İcra başçısı artıq iş yerini dəyişmək üçün özünə himayədarlar da axtarmağa başlayıb. Sevindik Hətəmov artıq Salyanda pambıq planını yerinə yetirə bilməməsindən və rayon üzrə kənd təsərrüfatı göstəricilərinin bəbad olması səbəbindən Salyanla vidalaşmaq istəyir. S.Hətəmov Mingəçevirə icra başçısı təyin edilməsi üçün yaxın dostlarına minnətçi düşüb. Saytımıza verilən informasiyaya görə, icra başçısı ilə bağlı isə yuxarı dairlərdə münasibət birmənalı deyil.
Məluata görə Salyan rayonu şikayətlərə görə ilk yerlərdə gedən rayonlardan biridir.
Bu baxımdan da S.Hətəmovun Salyandan çıxaraq daha yüksək vəzifəyə gətiriləcəyi sual doğurur.(teref.az) 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam