Sevindik Hətəmov yola salınır:Karyer direktorunun icra başçısı kimi sona çatan karyerası
Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov yaxın zamanlarda yola salınması nəzərdə tutulan icra başçılarının siyahısındadır.
Yenixeber.org: Bununla bağlı saytımızı məlumatlandıran mənbənin sözlərinə görə, bundan əvvəlki iş yerində Yardımlı rayon icra hakimiyyətinin başçısı kimi özünü doğruldan Sevindik Hətəmov fəaliyyətinin Salyan mərhələsində “qara zolaq”dan çıxa bilmir. Hakimiyyətin üst qatında özünə olan əvvəlki etimadı itirən icra başçısı Salyanda demək olar ki, heç nəylə yadda qalmadı. Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Sevindik Hətəmov bu üç il ərzində rəhbərlik etdiyi rayonun iqtisadi göstəricilərində müsbət yeniliklərə imza ata bilməyib.
Karyer direktorunun icra başçısı kimi sona çatan karyerasıEyni zamanda 2017-2018-ci illlərdə yuxarı instansiyalara daha çox şikayət edilən rayonlardan biri kimi Salyanın adının çəkilməsi də burada işlərin hansı məcrada qurulduğunu düşünmək üçün əsaslar yaradır. Onun görəvdən alınması məsələsinin aktuallaşması isə təkcə vətəndaşların şikayətləri ilə bağlı deyil, eyni zamanda ötən il üzrə aqrar göstəricilərdə Salyan rayonunun aşağı nəticələr sərgiləməsi də Sevindik Hətamovun işdən alınmasını tezləşdirən amillərdəndir.
Bundan başqa Salyanda təhsil üzrə göstəricilər, eyni zamanda səhiyyə sahəsindən əhalinin narazılıqlarının çoxalması vəziyyəti bir qədər də qəlizləşdirib.
Karyer direktorunun icra başçısı kimi sona çatan karyerasıSavash.org-a daxil olan məlumatda bildirilir ki, günün əsas hissəsini şəxsi biznesini idarə etməyə sərf edən icra başçısı Salyanda da özünə və yaxınlarına biznes şəbəkəsi qurmaqla məşğuldur. Məlumat üçün bildirək ki, Sevindik Hətəmov idarəçiliyə biznesdən gətirilib, belə ki, o uzun illər “Güzdək” daş karxanasının direktoru vəzifəsində çalışıb. Hazırda onun bir neçə daş karxanasının olduğu bildirilir.(savash.org)