Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BÖHRANDAN ƏN ÇOX ZƏRƏR GÖRƏCƏK ÖLKƏLƏR... – BVF Azərbaycanı hansı qrupa aid edib?

 

 

 “Dərin iqtisadi böhranlar zamanı ən dayanıqsız və böhrandan daha böyük zərər görə biləcək ölkələrin xəritəsini tərtib edəsi olsaq, bir neçə vacib indikatorlardan biri kimi ilk olaraq cari hesablarına baxmaq lazımdır”. 

Yenixeber.org: Bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev koronovirusun dünya iqtisadiyyatında yaratdığı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, hansı ölkələr böhran başlayana qədər cari hesabı ənənəvi defisitli ölkələrdir, demək, onlar iqtisadiyyatının xarici valyuta ehtiyaclarını kənar kapital axını - investisiyalar, kreditlərin alınması hesabına qarşılayır.

Ekspert qeyd edir ki, normal iqtisadi şərtlərdə, böhransız inkişaf dövrlərində bu axınlar arasıkəsilməz templə davam edə bilir, amma böhran başlayanda şərtlər dəyişir: “Ölkələr daha çox özlərinə qapanır, resurslarından maksimum öz iqtisadiyyatlarını xilas etməyə çalışır. Üstəgəl, böhran dövrlərində başqa ölkələrə sərmayə qoymaq, borc vermək daha riskli olur, hamı böhranın bitməsini gözləyir. Hətta əvvəlki dövrlərdə qoyulmuş sərmayələr belə riskli hesab etdikləri ölkədən qaçmağa başlayır. Necə ki, BVF artıq son 3-4 ayda inkişaf etmiş bazarlardan 90 mlrd. dollara qədər kapitalın qaçdığını bildirir.

Cari hesabda defisitlə bağlı dediyim meyar dünyada əsasən ABŞ üçün istisnadır. Son son 3-4 ildə ABŞ-ın cari hesabında 400-500 mlrd. dollar aralığında kəsir yaranıb. ABŞ ona görə istisnadır ki, hələlik dolların timsalında bu iqtisadiyyat həm biznes, həm də hökumətlər üçün ən etibarlı sərmayə məkanıdır. Hər kəs aşağı gəlirlilklə də olsa, öz yığımlarını ABŞ-ın borc bazarına yönəldir”.

 

 

R. Ağayevin sözlərinə görə, Böyük Britaniya da ABŞ-la oxşar vəziyyətdədir - hər il 100 mlrd. dolların üzərində defisitlə üzləşir: “Bu ölkə də həm əmlak bazarı, həm də offşorlar vasitəsilə maliyyə qoyuluşları üçün əcnəbilər üçün daimi cəlbedici cöğrafiya olduğu üçün cari hesabın kəsirini rahatlıqla qapada bilir.

Digər ölkələrdən mənim üçün daha çox inkişaf etməkdə olan bazarlar maraqlı gəldi deyə BVF-nin data bazasında həmin ölkələrin məlumatına diqqət yetirdim.

Ən yaxşı vəziyyədə olan Çin və Rusiyadadır. Çində 2013-2017-ci illərdə 150-200 mlrd. dollar intervalında, 2018-də 49 mlrd. dollar təşkil edib.

Rusiyada son 15 ildə cari hesabında yalnız profisit olub - 20 mlrd. dollardan 115 mlrd. dollaradək. Hətta neftin ən aşağı qiymətində belə.

Hindistan böyük həcmli defisitdən əziyyət çəkir: 2018-də 66 mlrd. dollar kəsir olub. Braziliya da Hindistanla oxşar vəziyyətdədir – həmin illər 50 mlrd. dollar ətrafında defisit qeydə alınıb”.

Ekspert yerdə qalan ölkələri 3 qrupa bölüb: 

“1) Iqtisadiyyatı ixracat üzərində qurulan və cari hesabda daimi profisit qedə alınan ölkələr. Bura Almaniya, Cənubi Koreya, Yaponiya, Niderland, İtaliya, İspaniya, İsveç, Danimarka, İsveçrə kimi ölkələr daxildir. Son illər bu ölkələrdə cari hesabın profisit 30-270 mlrd. dollar intervalın dəyişib.

Böhranın uzun çəkəcəyi, istehsal və ixracın, xüsusilə turzimin timsalında turizm ixracının kəskin azalması davam edəcəyi təqdirdə bu qrup ölkələrin profisitinin kəskin azalacağı, hətta İtaliya və İspaniyada mənfi zonaya keçə biləcəyi riski var;

2) Resurslardan yüksək asılılğı olan ölkələr. Bu ölkələr bir qayda olaraq neftin yüksək qiymətində yüksək profisit, böhranalr zamanı qiymət endikdə defisitlə yaşayırlar. Bura Əlcəzair, Azərbaycan, Qazaxıstan, Səudiyyəni aid etmək olar. Hazırkı böhranda bu qrup üzvləri əsas risk qruplarından biridir.

 

3) Defisitdən xroniki əziyyət çəkən keçid ölkələri və 3-cü dünya dövlətləri. Bu qrupda olan ölkələrin əksəriyyəti dövri olaraq makroiqtisadi sabitsizlik problemi yaşayırlar. Böhranın uzun çəkəcəyi təqdirdə ən böyük zərbə bu ölkələr dəyəcək. Çünki bu qrup yuxarıdakı 2 qrupdan fərqli olaraq böyük həcmli borcu və minimum valyuta ehtiyatı olan ölkələrdir.

BVF-nin bazasında 180-a yaxın ölkənin tədiyə balansı statistikası var. 2018-ci ildə onlardan təxminən 30%-nin - 50 –dən bir qədər artıq ölkənin cari hesabda profisit olan iqtisadiyyatdır”.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam