Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Neft Fondu üçün çətin dövr –İtkilər nə qədər ola bilər?

 

 “Hazırkı virus mənşəli qlobal iqtisadi resessiyanın doğuracağı qısa və orta müddətli risklərdən maksimum az itkilə çıxmağın yeganə təminatı Azərbaycanın ehtiyat xarici valyuta aktivləridir”.

Yenixeber.org: Bu barədə tanınmış iqtisadçı ekspert Rövşən Ağayev yaranmış vəziyyətdə hökumətin imkanlarını dəyərləndirərkən bildirib. Onun sözlərinə görə, neftin indiki şəkildə ucuz qalacağı dövr ərzində cari valyuta qazanc və daxilolmaların ölkənin xarici valyutaya ehtyaclarını qarşılaya biləcəyi real görünmür: “Ona görə zərurət yarandıqca böhran dövründə ehtiyatlardan istifadə ediləcəyi şübhəsizdir. Lakin bir narahatlıq var: böhranın uzun çəkəcəyi və daha dağıdıcı ssenarilərin baş tutacağı halda ehtiyatların mövcud dəyərini nə qədər qoruya biləcəyimiz çox önəmlidir. Çünki indi həm valyuta, həm aktivəsaslı risk paralel şəkildə yüksəlir. Ən ideal diversifikasiya olunmuş investisiya fondları üçün belə itki qaçılmazdır”.

R.Ağayev buna misal kimi portfelində səhmlərin yüksək payı olan Norveç Fondunun son 3 ayda 120 mlrd. dollar (ümumi aktivlərin 10%-i) dəyər itirdiyini göstərir. Halbuki, bu Fondun ötən il tarixində maksimum həcmdə - 170 mlrd. dollar gəlirliliyi olmuşdur.

“Artıq mart ayı bitir, Azərbaycan Neft Fondunun aktivlərinin də son dərəcə ağır iqtisadi şərtlər altında keçən ilk rübdə necə dəyişəcəyi hər kəs üçün maraqlıdır”, - ekspert vurğulayıb.

R.Ağayev qeyd edib ki, 1-ci rübdə neftin aşağı qiyməti Fondun cari gəlirləri hesabına ehtiyatlarını artırmağa imkan verməyəcək - cari daxilolmaların xərclənəcəyi şübhəsizdir.

Rövşən Ağayevin qənaətincə, dünya maliyyə və fond bazarlarında hazırkı şərtlər aktivlərin gəlirlilik səviyyəsinin də aşağı düşəcəyini qaçılmaz edir - xüsusilə də aktivlərin 20%-ni təşkil edən səhm və daşınmaz əmlakdan gəlirlərin azalması şübhə doğurmur: “Aktivlərin 70%-ə yaxınının qoyulduğu istiqrazlar və pul bazarı alətləri sabit gəlirli və risklərdən maksimum zəmanəti olan aktivlər olsa da, aşağı gəlirli aktivlər hesab olunur. Amma indi ən vacib olan yenidən qiymətləndirmə nəticəsində aktivlərin dəyərində hansı itkilərin olacağıdır”.

Ekspert bildirib ki, valyuta riski baxımından itkinin az olacağını proqozlaşdırmaq olar - çünki fondun portfelinin 88%-i dollar və avro ilə indekslənmiş aktivlədən ibarətdir: “31 dekabr - 27 mart aralığında avro dollar qarşısında cəmi 1.8% dəyər itirib. Valyuta riskli itkinin portfelin yerdə qalan 12%-ni təşkil edən valyutalardan (rubl, lirə, yena, funt və s.) gələcəyini gözləmək olar. Bu valyutalar dollar qarşısında son 3 ayda 5-25% intervalında dəyər itirib. Lakin onların payı çox kiçik olduğu üçün valyuta riski hesabına aktivlərin həcmində azalmanı qızılın dəyərindəki artım kompensasiya edə bilər.

31 dekabr - 27 mart intervalında qızılın qiymətində 8%-lik artım görünür. Qızıl ümumi aktivlərin 11.4%-ni təşkil edir. Aktiv əsaslı, yəni dərin böhran şəratində səhmlərin və daşınmaz əmlakın kəskin dəyər itirməsi hesabına Fondun portfelinin necə dəyişdiyini hesabat açıqlananda görmək mümkün olacaq. Nəzərə alaq ki, son 3 ayda aparıcı fond indekslərində orta hesabla 20%-lik dəyər itkisi var”.

R. Ağayev vurğulayır ki, aşağı və ya qeyri-investisiya reytinqli, eyni zamanda dərin böhranlarda yüksək defolt riski olan inkişaf etməkdə olan ölkələrin kağızlarına və pul bazarı alətlərinə qoyuluşarla bağlı ciddi risklər ola bilər. Onun sözlərinə görə, Fondun aktivlərinin cəmi 12%-i aşağı və ya qeyri-investisiya reytinqlidir, təxminən üçdə biri isə inkişaf etməkdə olan bazarlardadır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam