Bir neç aydır Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Uğur-2” yaşyış kompeksi sakinlərinin yuxusu ərşə çəkilib...
Yenixeber.org: Məlumata görə, buna səbəb yaşayış kompkesinin yanında aparılan qanunsuz tikintidir.
Sakinlərin sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan və “Uğur-2” yaşyış kompeksinə aid olan altıncı binaya bitişik ərazidə “Avtoyuyucu” inşa edilir.
Redaksiyamıza müraciət edən sakinlərin iddialarına görə, qanunsuz tikinti ilə bağlı “Uğur-2” yaşyış kompeksinin aid olduğu “Akkord” şirkətlər qrupu lazımı dövlət qurumlarına sakinlər adından müraciət edib. Ancaq bundan sonra “Avtoyuyucu”nun tikintisi üçün işləri gecələr görməyə başlayıblar.
Sakinlər tərəfindən saytımıza göndərilən videoda “Azərbaycan Dəmir Yolları” QSC-yə aid ərazidəki köhnə vaqonların, dəmiryolu relslərinin sökülərək daşınması, ərazidə ağır tonnajlı, səs-küylü qaldırıcı kranların işləməsi görülür.
Sakinlər deyir ki, koronavirusla bağlı karantin rejiminə riayət etmək üçün evlərinə çəkiliblər. Ancaq bu “Avtoyuyucu”nu tikənlər onların istirahətini pozur, gərginlik yaradırdırlar.
Sakinlər iddia edir ki, “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov bu əməli ilə birbaşa Prezident İlham Əliyevin koronavirusla bağlı sərəncamına qarşı çıxır.
“Respublikadakı karantin rejiminə “Uğur-2” sakinləri riayət etməyə çalışır. Ölkə başçısının bununla bağlı sərəncamı və göstərişləri var. Bu adamlar kimdir bilinmir. Gecə 12, 1, 2, 3 demirlər… Kaldırıcı kranların səsindən yata bilmirik. “Akkord”rəhbərliyi də bu adamlara bata bilmir. Cavid Qurbanova arxalanan bir sürücü bu boyda həngamə çıxarır, dövlət idarələri də susur. Əvvəl deyirdilər ki, yalnız “Avtoyuyucu” tikiləcək. Araşdırdıq və məlum oldu ki, ərazidə ticarət mərkəzinin tikintisinə hazırlıq gedir. Necə gündür gecə saatlarında köhnə vaqonları, dəmiryolu relslərini kəsib-doğrayıb, ərazini boşaldırlar”- deyə sakinlər bildiriblər.
Məlumat üçün bildirək ki, obyekti tikən şəxsin kimliyi bilinməsə də, onun Konstitutsiya Məhkəməsində bir hakimin sürücüsü olduğu bildirilir. Lakin Cavid Qurbanovun rəhbərlik etdiyi qurumun balansında olan ərazidə tikinti aparılmasına, “moyka” inşa edilməsinə necə icazə verildiyi aydın deyil. Görünür, obyekt sahibi ən yüksək səviyyədə razılıq alıb və belə bir qanunsuzluğa imza atıb. Halbuki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən dəmir yolunun xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər.
Mövzu ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə yaratmaq cəhlərimiz heç cürə alınmayıb. Qarşı tərəfi də dinləyib, mövzu ilə bağlı fikirlərini dərc etməyə hazırıq.(xeber.de)