Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda sakinlər yeni "Şanxay" salınmasına etiraz edir - CAVİD QURBANOVA MÜRACİƏT 

 

Bakıda sakinlər yeni
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksinin sakinləri "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova müraciət edib. İki yüz sakinin imzaladağı müraciətdə onlar yaşadıqlarıkompleksin qarşısında qanunsuz tikilən obyektin sökülməsini istəyirlər.
Yenixeber.org: Həmin müraciəti təqdim edirik:
Hörmətli sədr,
Bir neçə gündür sizin adınızdan istifadə olunmaqla bizim kompleksin qarşısındakı ərazidə obyekt tikilir. Kompleksdə yaşayan sakinlərin şikayətlərinə məhəl qoyulmadan tikinti hazırda davam etdirilir. Ərazidə tikinti işlərinə rəhbərlik edın şəxslər deyir ki, onlara heç kim, heç nə deyə bilməz, çünki razılığı onlara Cavid Qurbanov verib. Nəzərinizə çatdırırıq ki, hazırda sürəkli şəkildə tikinti aparılan ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Həmin zolaqda ötən il yaşayış kompleksində yaşayan sakinlər 500 ağac əkmişdik. Lakin o zaman da sizin adınızdan əraziyə gələn QSC rəsmiləri ağacları kökündən çıxarmışdılar. Hərəkətlərinə belə haqq qazandırmışdılar ki, ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Üstündıən 1 il ötəndən sonra isə ağacların çıxarıldığı ərazidə iri obyekt inşa olunur.
Hörmətli sədr,
Sizin vətəndaş yönümlü bir məmur olduğunuzu bilirik, hətta millət vəkili olduğunuz dönəmdə çöxsaylı seçiciləriniə nə qədər diqqət göstərdiyiniz danılmaz faktdır. Xahiş edirik ki, bu məsələdə bizə, 2000-dən artıq mənzili, 10000-dən artıq sakini olan kompleksin sakinlərinə köməklik edəsiniz. Hazırda bərdab vəziyyətdə olan bir hektardan artıq ərazinin gələcəkdə övladlarımız üçün park salınmasına köməklik edəcəyinizə də inanırıq.
Hörmətli sədr,
Ümid edirik ki, bizim müraciətimizi müsbət qarşılayacaqsınız və hazırda bərbad bir sahənin gözəl və abad əraziyə çevirilməsində bizə dəstək olacaqsınız.(criminal.az) 







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam