Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Dəmir Yollarının departament rəisi Cavid Qurbanova qarşı- VİDEO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur-2" yaşayış kompleksinin yaxınlığında "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun adından istifadə olunmaqla obyektin tikintisi böyük vüsətlə, tələm-tələsik davam etdirilir.
Yenixeber.org: Tikinti işləri dəmir yol xətlərinin bilavasitə mühafizə zolağında inşa olunur. Məsələ ilə bağlı  "Azərbaycan Dəmir Yolları" QSC-nin Əmlak Departamentinin rəisi Məmmədrəsul Məmmədova suallar ünvanlamışıq. Həmin sual-cavabı təqdim edirik.
- Mətbuatda Bakıxanov qəsəbəsi ərazisində dəmir yol xətlərinin mühafizə zolağında tikinti aparılması ilə bağlı faktlar yer alıb. Bununla bağlı rəhbərlik etdiyiniz Departament hansı tədbirlər görüb? Aydınlaşdırılıbmı ki, tikinti kim tərəfindən aparılır?
- Mətbuat xidməti ilə əlaqə saxlayın. 
- Mətbuat xidməti bu kimi məsələlərin sizin səlahiyyətinizdə olduğunu deyir.
- Xeyr. Siz mətbuat katibi ilə əlaqə saxlayın. 
-Siz ADY-da məsul vəzifə daşıyırsınız və dəmir yol xətlərinin mühafizə zolağında belə işlərin aparılmasınln qarşısının alınması səlahiyyətlərinizə aiddir. Cavid Qurbanov da Keşlə qəsəbəsindəki "Şanxay"dakı qanunsuz tikililərlə bağlı dəfələrlə deyib ki, həmin insanların köçürülməsində dövlətin üzərinə çox böyük yük düşür. Siz də Bakıxanov qəsəbəsində mıhz dəmir yol xətlərinin mühafizə zolağında tikinti aparılmasına icazə verirsiniz. Ziddiyət yaranır, belə çıxır ki, siz Cavid Qurbanovun dediklərinə qarşı çıxırsınız? 
- Xahiş edirəm, mətbuat katibi ilə əlaqə saxlayın. 
- Axı mətbuat katibi bu işin sizin səlahiyyətinizdə olduğunu deyir. Dəmir Yollarının mətbuat katibliyi var. Məsləhət görsələr mətbuat katibliyi ilə birlikdə görüşə bilərik. 
- Siz Natavan xanımla əlaqə saxlayın. 
- Bu məsələ sizin vəzifə səlahiyyətlərinə aiddir yoxsa yox?
- Xahiş edirəm Natavan xanımla əlaqə saxlayın.
- Suala konkret cavab verin. Mətbuat xidmətinin öz səlahiyyəti var sizin isə öz. 
- Dəmir Yollarının mətbuat katibliyi var. Konkret odur. 
- Bir məsələ ki sizin səlahiyyətlərə aiddir, mətbuat xidməti bu məsələ ilə bağlı necə açıqlama verə bilər?
- Mətbuat katibi ilə əlaqə saxlayın, o sizə cavab verəcək
- Tutduğunuz vəzifəyə uyğun cavab vermirsiniz. Bu kimi məsələlərə siz cavab verməlisiniz.
- Mən hesabat verməməliyəm. Bunu özüm də çox gözəl bilirəm. Xahiş edirəm, Natavan xanımla əlaqə saxlayın. 
- Siz Natavan xanımla görüşüb bu məsələyə birgə cavab vermək istəyirsiniz? 
- Siz özünüzü təqdim etmirsiniz. 
- Mən Azərbaycan mətbuatındanam və bu işlə bağlı yerli mətbuatdan istənilən şəxs sizinlə danışa bilər. 
- Mənim sizinlə danışmağa vaxtım yoxdur.
- Siz vəzifəli şəxssiniz, dövlətdən maaş alırsınız. Siz dövlətin mənafeinin əleyhinə bu cür formada çıxış edə bilməzsiniz. 
- Xahiş edirəm mətbuat xidməti ilə danışın.
- Ağstafnın, ardınca Neftçalanın icra başçıları dövlət mənafelərinin əleyhinə getdiklərinə görə həbs olunublar. Siz isə səlahiyyətinizdə olan məsələ ilə bağlı danışmaq istəmirsiniz. Sizin bu cür mövqeyiniz gələcəkdə Azərbaycan dövlətinin üzərinə 1 milyon manatlıq yük qoya bilər. Həmin yükü də dövlət çəkməlidir. Siz yəqin ki, bunları başa düşürsünüz. 
- Siz suallarınızı yazın göndərin mətbuat katibliyinə. Baxıb cavablandıracağıq.(criminal.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam