Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qılıncoynatma federasiyasında nə baş verir? -PROBLEM

 

 
Yenixeber.org: Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Yay Olimpiya Oyunlarının proqramına düşən idman növlərinə maraq böyükdü. Təbii haldı. Çünki, dörd ildənbir keçirilən möhtəşəm idman bayramında qazanılan uğurlar ölkənin beynəlxalq nüfuzunun artması baxımından ideal fürsət sayılır. Şübhəsiz, dövlət də məhz sözügedən vitrinə xüsusi diqqət göstərir. Sirr deyil ki, Olimpiya Oyunlarına salınan idman növlərinə cavabdeh federasiyaların büdcəsi digərlərindən kəskin fərqlənir. Sual yaranır: yüzminlərlə, milyonlarla büdcəsi olan federasiyalar etimadı doğrulda bilirmi? Ayrılan pulların qarşılığı beynəlxalq arenalarda qazanılmış medalların əyarı ilə uzlaşırmı? Təbii ki, xeyr! 
Zaman-zaman medianın gündəminə gələn federasiyalarda maaliyyə qalmaqalları, qohumbazlıq xəbərlərinə rast gəlirik. Bu tip neqativ halların baş verdiyi qurumlardan biri də Azərbaycan Qılıncoynatma Federasiyasıdı (AQF). 
Sözügedən qurumda yuxarıda qeyd etdiyimiz xoşagəlməz halların olub-olmadığını araşdırmaq qərarına gəldik.
Öncə AQF-in rəsmi saytına nəzər saldıq.  Saytda qılıncoynatma klubları barədə heç bir bilgi yoxdu. Halbuki, "NEFTÇİ”, "FENCİNG", "DİFAİ", "BABƏK", "ESKRİM", "YAQUAR", "AZƏRBAYCAN QILINCOYNATMA AKADEMİYASI", "BAKI QILINCOYNATMA AKADEMİYASI", "VAŞAQ", "BOZ QURD" kimi klublar mövcuddu və hazırda fəaliyyət göstərir. Adları çəkilən klublarla federasiya arasında hansısa problemin olduğunu düşünsək, yanılmarıq. Elə bu ehtimalın izi ilə yola çıxmağa qərar verdik.
Araşdıranda məlum olur ki, klublardakı inventar çatışmazlıqları, bəzi avadanlıqların valideyinlərin hesabına alınması bu idman növünə olan marağı azaldıb. Qurum inventar təminatı ilə bağlı söz versə də, vədinə xilaf çıxır. Nəticədə federasiya tərəfindən yaradılan süni çatışmazlıqlar, klublara müraciəti kəskin azaldır. Bundan istifadə edən AQF idmançıları öz maraqları istiqamətində yönləndirir. Təəssüf ki, bu gün federasiya klublarla əməkdaşlıq etmir, üstünlüyü uşaq idman məktəblərinə verir. Bu da səbəbsiz deyil. Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili şöbəsinin müdiri Vasif Məmmədov  həm də Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibidi. İdman məktəbləri məhz baş katibin kurasiyasında olduğu üçün üstünlük də onlara verilir. Beləliklə, qurumda olan monopoliya mexanizmi klubları sıradan çıxarır. Əslində idman məktəblərində gənc qılıncoynadanların yetişməsinə qarşı deyilik. Amma peşəkar klublara problem yaradılması heç bir məntiqə sığmır. 
Bəlli məsələdi, Təhsil Nazirliyinin tabeliyində olan qurumlar  nazirliyin büdcəsindən "qidalanır”. İnventarlar, müəllimlərin əmək haqqı, yarışların təşkili və keçirilməsi, eləcə də digər xərclər nazirlik tərəfindən qarşılanır.
Maraqlıdı, bəs federasiyaya ayrılan vəsait hara gedir? 
Nə yazıq ki, suallar və qaranlıq məqamlar göründüyündən də çoxdu.(fanat.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam