Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tahir Süleymanovun qızı seçkilərə qatılır? -Açıqlama

 

YAP-çı deputatın qızı seçkilərə qatılır? - Açıqlama

Beşinci çağırış Milli Məclisin depuatı olmuş Tahir Süleymanov 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Yeni Azərbaycan Partiyasının budəfəki yeni namizədlər siyahısında Tahir Süleymanovun adı yer almayıb.

Yenixeber.org: O saytımıza açıqlamasında Yeni Azərbaycan Partiyasının qərarına hörmətlə yanaşdığını deyib:

“Partiyamızın və onun sədrinin qərarı müzakirə olunmazdır. Partiyanın hər bir qərarı mənim üçün əsasdır. Başqa söhbət ola bilməz”.

Tahir Süleymanov qızının müstəqil namizəd olaraq seçkilərə qatılacağı xəbərlərinə də münasibət bildirib:

“Qızımın deputatlığa namizədliyini verməsi xəbəri yalandır. Kimlərsə yalandan şaiyə buraxıblar. Həmin dairədən bir nəfərin namizədliyi irəli sürülüb. Kim seçiləcəksə, ona uğurlar arzulayıram”.

Qeyd edək ki, mətbuatda Tahir Süleymanovun yerinə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən onun yeganə övladı - Kəmalə Süleymanovanın iştirak edəcəyi barədə məlumatlar yayılmışdı. İxtisasca həkim olan eks-deputatın qızı uzun illər Şabran rayon xəstəxanasında baş həkimin müavini çalışır.

Tahir Süleymanov ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, Yeni Azərbaycan Partiyasının üzvü kimi parlamentdə 54 saylı Şabran-Siyəzən seçki dairəsini təmsil edirdi. (modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam