Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..." - GİLEY

"Bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil..."


Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən Hüseynbala Ağaverdiyev adına 113 nömrəli məktəbdə şagirdlər soyuqdan donur.


Yenixeber.org: Bu haqda saytımıza bir qrup valideyn şikayət edərək problemin həll edilməsini istəyiblər.

Onların sözlərinə görə havaların soyumasına baxmayaraq məktəbdə istilik sistemləri hələ ki, işə salınmayıb və sinif otaqları soyuq olduğu üçün şagirdlər üşüyür. Dərsə gələn şagirdlər sinif otaqlarında isitmə sistemləri olmadığı üçün gödəkçələrini əyinlərindən çıxarmırlar. Valideynlər isə deyir ki, bu şəkildə uşaqlarının məktəbdə oxuması doğru deyil, soyuq sinif otağında oxuyan uşaq sözsüz ki, xəstələnəcək və dərsdən qalacaq.

Qeyd edək ki, 2400 şagirdin təhsil aldığı məktəb bu il Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən əsaslı təmir etdirilib. Məktəbin direktoru isə Rövşən Qasımovdur. Hələ ötən dəfə saytımıza danışan məktəb direktoru təmir zamanı məktəbin istilik sisteminin təkminləşdirildiyini və əlavə qazanxanalar quraşdırıldığını bildirmişdi. Görünür hələ şagirdlər təzə qazanxanaların işə düşməsi üçün bir az da gözləməli olacaqlar. (Moderator)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam