Abşeron 2 saylı orta məktəbdə qalmaqal-uşaqlar dərsə yorganla gəlməyə məcbur olacaq
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə bu gün səhər saatlarında Abşeron rayon Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdə qalmaqal yaşanıb. Etibarlı mənbənin redaksiyamıza bildirdiyinə görə bir neçə müddətdir övladları soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətindədirlər. Belə ki, məktəb daxilinə kombi sistemi çəkdirilməsinə baxmayaraq qazın verilməməsi səbəbindən istilik məktəbdə tənzimlənmir. Bunu görən valideynlər sinif otaqlarında elektriklə işləyən qızdırıcılar gətiriblər. Amma çox keçməyib ki, məktəb rəhbərliyi həmin qızdırıcıları toplayaraq istifadəsinə qadağa qoyublar. Səbəb isə elektrik sərfiyyatının artması göstərilir. Məktəb rəhbəri xərclərin artmasının qarşısını almaq üçün körpələrin soyuq siniflərdə oturmasına göz yumub.
Xatırladaq ki, bir müddət əvvəl hava şəraitinin pis olacağı xəbərindən dərhal sonra Təhsil Nazirliyi iki günlük müddət ərzində məktəblərə tətil elan etdi. Təshil Nazirliyinin bu cür verdiyi qərarı yüksək dəyərləndirən xalq Ceyhun Bayramova dərin minnətdarlıqlarını bildirirlər.
Azyaşlıların sağlamlığını əsas tutan nazirlik bu cür qərar verdiyi halda Abşeron rayon Təhsil Şöbəsinin rəhbəri Nazilə Məmmədova görəsən hara baxır? Əslinə qalanda isə Nazilə Məmmədovalıq burda bir şey yoxdur. Təhsil Nazirliyi tərəfindən məktəblərin kommunal xidmətlərinin vaxtinda ödənilməməsi səbəbindən Abşeron məktəblərində bu tip etirazlar vaxtaşırı müşahidə edilir. Çünki, kommunal xərclərin ödənilməsi mütləq şəkildə TN-nin şəxsi nəzarətindədir.
Hörmətli nazir Ceyhun Bayramov! Valideynlərin bizim vasitəmizlə sizdən xahişi odur ki, sizə əmanət etdikləri övladlarının sağlamlığını təhlükə altına atan şəxslərin qısa müddətdə cəzalandırılmasına yönəlik qərar verəsiniz.
Abşeron 2 saylı tam orta məktəbdə qış fəsli daxil olandan övladlarımızın sağlamlığı sual altındadır. Valideynlər problemlə bağlı məktəbə gəldikdə direktoru yerində tapa bilmirlər. Və bu problem həll olunmamış qalır.
Sinifdə müəllim və şagirdlər paltoda otururlar. Bir az da soyuq olarsa evdən isti odeyal və yorğan gətirməyə yaqin ki,məcbur olacaqlar. Soyuq otaqlarda oturan uşaqların səhhətindəki problemlər , soyuqdəymə halları kütləviləşib. Belə olan halda dərsə davamiyyət də aşağı düşür. Bütün bunlara görə kim cavabdehlik daşıyacaq?
Təhsil Nazirliyi kommunal xərcləri ödəmirsə onda 5 manat fond pulu hər uşaqdan nəyə görə yığılır və bu vəsaitlər hara xərclənir?(bakunews.az)
İlqar
P.S. Bu məktəbdə böyük summativin keçirilməsi üçün 2 vərəqdən ibarət test kağızına 3 manat vəsait yığıldığı da verilən məlumatlar arasındadır. Bu baradə geniş araşdırmamız olacaq.