Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlikdən vəd:Bu məktəbə istilik veriləcək

Nazirlikdən vəd:

 

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən 175 saylı orta məktəb hələ də yay rejimi ilə çalışır

 

Yenixeber.org: Hazırda sözügedən məktəbin qazanxanası və istilik sistemləri çalışmır.

Sinif otaqlarının soyuq olmasından nəinki şagirdlər, hətta məktəb müəllimləri də şikayətlənir. Şikayətlərə baxmayaraq, problem həllini tapmayıb. 175 saylı orta məktəbin şagirdləri havalar soyuq keçən günlər dərsləri yarımçıq qoyub, evə getməli olurlar.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, artıq sözügedən məktəbdə istilik problemi həllini tapıb.

“Bu gündən etibarən 175 saylı məktəbdə istilik verilişi bərpa olunub. Artıq problem həllini tapıb”, - deyə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, 175 saylı məktəbin rəhbərliyi məktəbdə istilik probleminin yaranmasını Yasamal rayonuna yeni icra başçısının təyin edilməməsi ilə əlaqələndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam