Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2 Nömrəli BBTK-nin direktoru vətəndaşın pulunu qaytarmır-SƏBƏB?

 

 

 

Son günlər ölkədə ən çox narazı kütlə yaradan elə məhz müəllim kollektividir.

Yenixeber.org: Redaksiyamıza müraciət edən 2 nömrəli Bakı Baza Tibb Kollecinə daxil olmuş Dərgahova Lamiyə Fuad qızı şikayət məktubunda bildirir ki, daxil olduğu kollecə valideyinləri tərəfindən borc aldığı 600 manat ödəyib. Ödənilən məbləğn qəbzini sübüt kimi bizlərə təqdim edən gənc qız böyük qanun pozuntuları ilə qarşılaşıb. Belə ki, kollecdən imtina edən L. Dərgahova ödədiyi pulu geri ala bilmir. Onun dediyinə görə ailə vəziyyətinin ağır olduğunu nəzərə alıb kollecdən imtina edir. Lakin 2 Nömrəli BBTK-nin direktoru Tibb Elmləri Namizədi Məmmədəliyeva Dilarə Əli qızı, vətəndaşın haqlı narazılığını qəbul etmək əvəzinə qanunu pozmaqla vətəndaşı yuxarı dairələrə müraciət etməyə vadar edir.

Ən maraqlısı isə budur ki, kollecin direktoru, Fuad Dərgahova bildirib ki(L. Dərgahovanın adası), pulu kollecin təmirinə xərcləmişik. Güya. pulu birbaşa nazirlik ödəməlidir. Əslində, vətəndaş kolləcə yazılı müraciət edib imtina barəsində kollecin rəhbərliyinə müraciət etməlidir. Qarşı tərəf qəti etiraz etmədən vətəndaşın qəbzlə ödədiyi pulu geri qaytarmalıdır. Görünür, kollec direktorunun gəliri onu qane etmədiyi üçün qanunsuz yollarla gəlir əldə etmək arzusundadır. Müəllim kollektivinin cəmiyyət arasında bu cür nüfüzdən düşməyi sözün həqiqi mənasında araşdırılmalıdır.

Ölkə də kifayət qədər nüfüzlü, eyni zamanda gələcəyimiz naminə vicdanla xidmət edən müəllimlərimizi qeyd edə bilərik. Amma 2 Nömrəli BBTK-nin direktoru Tibb Elmləri Namizədi  Dilarə Məmmədəliyevanın atdığı addım müəllim adına başücalığı gətirməz. Bu barədə aidiyyəti qurumlara lazımı müraciətlər olunacaq. Vətəndaşları bilərəkdən dövlətimizə qarşı çıxartmaq və onları narazı salmaq qəti qadağandır. Ölkə başçısı cənab İlham Əliyev bu barədə bütün sahədə xidmət edən məmurlara son xəbərdarlığını edib. Görünən tərəf odur ki, bəzi rəhbər şəxslər öz şəxsi mənafeylərini üstün tutmaqla vətəndaşların hüquqlarını kobud şəkildə pozur. Bu istiqamətdə araşdırmalarımız davam edir. Mövzüya yenidən qayıdacayıq.(dosye.org)

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam