Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ƏSMM-nin direktoru dövlətin möhürünü şəxsi maraqlarının girovuna çevirib: ŞİKAYƏT


 

    Səlim Müslümovun kadrlarının özbaşınalığından xəbəri varmı?

 

Xeberinfo.com: Redaksiyamıza daha bir kiçik çinli məmurun özbaşınalığı ilə bağlı məlumat daxil olub. Həm də elə bir özbaşınalıq ki, bunu misli görünməmiş də adlandırmaq olar: yerli idarələrdən birinin rəhbəri dövlət möhürünü demək olar ki, oyuncağa çevirib. Lap elə kimdənsə borc pul alanda da bir qəbzi möhürlədiyi kimi...  

 Belə ki, xeberinfo.com-a müraciət edən Ağcabədi rayon sakini Bulud Quliyev inanılmaz vəziyyətlə üzləşib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli ƏSMM-dən birinin rəhbəri ondan 15 min manat borc alıb, ancaq bu günə kimi qaytarmır. Həmin məmur aldığı borcların bir hissəsini-beş min ABŞ dollarını-təsdiq edən qəbz də yazıb, üstəlik həmin qəbzə təsdiq kimi rəhbərlik etdiyi idarənin dövlət möhrünü də vurub(?)

 Belə çıxır ki, bu məmur dövlətin ona verdiyi möhürün məsuliyyətini ya dərk etmir, ya da dərk etmək istəmir. Çox maraqlıdır ki, idarə rəhbəri borc alanda həmin pulları nazirlikdən yoxlaması olması ilə izah edib(?) İndi isə o vaxtdan çox keçib: yoxlama da qurtarıb, problem də həll olunub. Ancaq bu cənab direktor borc aldığı pulları da geri qaytarmır ki, qaytarmır. Bulud Quliyev isə pulunu almaq üçün əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova da müraciət edib. Müraciətini və idarə direktorunun borc aldığını təsdiq edən möhürlü qəbzini redaksiyamıza göndərib. İnanmaq çətindir ki, hörmətli Müsülmovun yerli idarə rəhbərlərinin bunca özbaşınalığından xəbəri olsun.

Biz hələlik gərəkən araşdırmaları yekunlaşdırmadığımızdan bu müraciətlə bağlı geniş yaza bilmirik. Qarşıdakı günlərdə aidiyyatı dövlət strukturlarına müraciət ünvanlamaqla mövzunu davam etdirməyə çalışacağıq.

 

 

Malik


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam