Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

2 saylı Baza Tibb Kollecində təhsilin keyfiyyətindən söhbət gedə bilməz

 

2 saylı Baza Tibb Kollecində təhsilin keyfiyyətindən söhbət gedə bilməz

 

Dilarə Məmmədəliyeva təhsil ocağından öz əmlakı kimi istifadə edir

Xeberinfo.com:  Ölkədəki təhsil sahəsi daim diqqət mərkəzində olan sahələrdən biridir. Təhsil sahəsi digər bütün sahələrlə əlaqəlidir. Ona görə də hər kəsin yolu ilk öncə təhsil almaqdan keçir. Bu baxımdan da digər sahələrdə uğur qazanmaq üçün mükəmməl təhsilə yiyələnmək lazımdır.

Baxmayaraq ki, təhsil naziri dəyişildi, yenə də bu sistem ürəkaçan vəziyyətdə deyil. Nə orta məktəblərdə, nə texnikum, kolleclərdə, nə də ali məktəblərdə təhsilin durumu qənaətbəxş hesab olunmur. Xüsusilə 2 saylı Baza Tibb Kollecində baş verənlərə adamın dəsmal götürüb ağlamağı gəlir. Kollec direktoru Dilara Məmmədəliyeva sözügedən təhsil ocağından şəxsi əmlakı kimi istifadə edir. Direktor kollecdə elə vəziyyət yaradıb ki, müəllimləri bir-birinə düşmən edib. Özünü hamının yanında təmkinli aparan Məmmədəliyeva müəlllimlər arasında çaxnaşma yaradıb. Bizə verilən məlumata görə, müəllimlərə dərsləri nəyinsə müqabilində verir. Hansı müəllim dərs saatını çox istəyirsə, mütləq kollec direktorunu görməlidir. Əks təqdirdə, həmin müəllimlərin iş saatı azaldılır. Bu da müəllimlər arasında narazılığa səbəb olur. Bundan başqa Dilara Məmmədəliyeva müxtəlif bəhanələrlə müəllimlərdən hər ay nəsə yığır. Müəllimlər də bu vəziyyətdən cana yığıldıqlarını bildirirlər. İmtahan vaxtı isə kollec direktoru müəllimlərdən tələb edir ki, tələbələri incitsinlər. Tələbələr isə tələb olunanı vermədikdə qiymətləri kəsilir. Belə vəziyyət hər semestr yaşanır. Artıq tələbələr də bu təhsil ocağında təhsil aldıqlarına görə peşman olduqlarını bildirirlər. Bu cür vəziyyət tələbələri dərsdən soyudur. Artıq oxuyanla oxumayan arasında fərq olmadığına görə əksər tələbə oxumamağa üstünlük gəlir. Demək olar ki, tələbələr kollecə vaxt keçirməyə gedir. Dilarə Məmmədəliyeva isə müxtəlif bəhanələrlə tələbələri qovur, sonra müəyyən şərtlər altında yenidən təhsil ocağına  götürür. Tələbələrə savadına görə yox, maddi imkanına görə dəyər verirlər. Hansı tələbənin valideynləri imkanlıdırsa, həmin tələbəyə gözün üstə qaşın var deyən yoxdur. İmkanlı tələbələr isə "şirinlik" müqabilində dərslərdən azad olunurlar. Dilarə Məmmədliyevanın rəhbərlik etdiyi təhsil ocağında təhsilin keyfiyyətindən danışmağa dəyməz. Çünki baş verənlər onu göstərir ki, sözügedən təhsil ocağında təhsilin keyfiyyəti sonuncu yerdə dayanır. Orada başqa maraqlar daha öndədir.

Deyilənə görə,  kollecin bufetində satılan məhsullar da həddən artıq yüksək qiymətədir. Bu səbəbdən də tələbələr dərsə gələrkən özlərinə lazım olan qidanı alıb gətirirlər. Lakin bu məsələ də Dilarə Məmmədəliyevanın qulağına çatan kimi narazılığına səbəb olub. Göstəriş verib ki, bufetdən bir şey almayan tələbə kollecdən qovulacaq. 

Tələbələr isə bufetdə satılan məhsulların qiymətinin onların cibinə münasib olmadığını bildirirlər.  Bütün bunlar onu göstərir ki, Dilarə Məmmədliyevanın rəhbərlik etdiyi kollecdə vəziyyət o qədər də qənaətbəxş deyil. Artıq tələbə müəllim heyəti arasında yaranmış bu cür narazılıqlar orada hansısa keyfiyyətli təhsilin olmasını şübhə altına alır.

P.S. Qarşı tərəfə münasibət haqqı tanıyırıq.(Xalqxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam