Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“ESTET” MMC ilə 4 milyonluq maraqlı müqavilə…-Elektrik avadanlıqları şirkəti baytarlıq laboratoriyası quraşdırır? 

 

 
   
 

bitmap-img6

Kənd Təsərrüfatı Nazirliyi “ESTET” MMC ilə 3 müqavilə bağlayıb. Müqavilələrin cəmi məbləği 3 milyon 795 min manatdır. 
Yenixeber.org: 27 İyun 2019-cu il tarixində bağlanmış müqavilələrə əsasən Kənd Təsərrüfatı Nazirliyi laboratoriya avadanlıqları satın alır.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqlarının satınalınmasına 948 min 815 manat, Bitki mühafizə və texniki bitkilər Elmi-Tədqiqat İnstitutu üçün laboratoriya avadanlıqlarının satınalınmasına848 min 980 manat, Azərbaycan Dövlət Aqrar Universiteti üçün laboratoriya avadanlıqlarının satınalınmasına 1 milyon 997 min manatxərclənir.
İlk baxışdan bu məlumatda qeyri-adi bir şey yoxdur. Təbii ki, bu satınalma ilə bağlı rəqəmlərin şişirdildiyinə dair də hər hansı konkret, rəsmi fakt olmadığından, bir şey söyləmək olmur. Ancaq kiçik araşdırmamız göstərir ki, nazirliyin 4 milyon manatlıq müqavilə bağladığı şirkət əsas etibarilə elektrik avadanlıqlarının satışı və quraşdırılması üzrə ixtisaslaşıb.
Şirkətin “facebook” səıhifəsində belə də yazılır: “Şirkətimiz 1997-ci ildən bəri Azərbaycanda inşaat firmalarını, inteqratorları və digər firmaları orta və aşağı elektrik cərəyanı sistemləri ilə təmin edir…” Şirkətin məqsədləri bölməsində isə göstərilir: “Məqsədimiz, Azərbaycanda struktur kabelləşdirmə və sonlandırma bazarındakı yüksək mövqeyimizi qorumaqdır… Şirkət 50-dən çox profesyonalı (Elə bu cür də yazılıb-red.) özündə cəmləyən böyük komandaya malikdir…”
Maraqlıdır ki, elektrik avadanlıqları və kabelləşdirmə üzrə ixtisaslaşan bir şirkət baytarlıq, bitkiçilik və sair tipli laboratoriyaları necə və nə ilə təmin edir? Axı hər halda bu laboratoriyaların təkcə elektrikləşdirilməsinə, yaxud kabelləşdirilməsinə 4 milyon manat xərclənə bilməz.
Heç nəyə eyham vurmadan, sadəcə belə nəticə çıxarmaq olar ki, deməli, ya bu şirkət birdən-birə profilini dəyişib, ya da bizim bilmədiyimiz şeylər var…(marja)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam