Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

DYP hara baxır:Bakıdakı nomrəsiz avtomobillər kimindir? (VİDEO)

DYP hara baxır: Bakıdakı nomrəsiz avtomobillər kimindir? (VİDEO)

Respublikanın yollarında hər gün dəfələrlə dövlət qeydiyyat nişanı olmadan idarə edilən "Naz Lifan" markalı avtomobillərə rast gələ bilirik. 

Yenixeber.org:  Bu avtomobillər Qarabağ müharibəsi iştirakçılarına da verildiyindən bəziləri "müharibə veteranı" adından istifadə edib bu cür qanuna zidd əmələ yol verirlər. Bir vətəndaş olaraq Qarabağ müharibəsi iştirakçısının "Naz Lifan" yox, ən son model, ən bahalı avtomobil sürməyə layiq olduğunu düşünürük. Çünki vətən uğrunda sağlamlıqlarından, canlarından keçiblər. Ancaq bu cür nömrəsiz avtomobil sürücüləri hər hansı qəza etsə, kimisə vursa və hadisə yerindən yayınsa, onların tapılması həqiqətən müşkül məsələ olacaq. Bu hal kamera olmayan yollarda olsa, vəziyyət lap qəlizləşəcək. Ancaq nədənsə rəsmilər belə hala göz yumur.  
Sosial şəbəkələrdə paylaşılan bir video isə daha çox diqqəti çəkir. Videonu paylaşan sosial şəbəkə istifadəçisinin dediyi kimi, videogörüntüyə baxanda görünür ki, sürücünün uzağı 30 yaşı olar. Qarabağ müharibəsinin baş verməsindən isə 30 ilə yaxın vaxt keçməsini nəzərə alsaq, bu sürücü haçan, harda, necə "Qarabağ veteranı" oldu? Deməli bu sürücü də əsl Qarabağ veteranlarının adından istifadə edir. Ancaq biz əminik ki, əsl Qarabağ veteranları bu addımı atmırlar. Çünki onlar nömrəsiz avtomobil idarə etmək uğrunda yox, vətən uğrunda döyüşüblər. Vətən uğrunda döyüşən hər kəsin boynumuzda haqqı var. 
Ümid edirik ki, DYP rəhbərliyi hadisənin ciddiliyini nəzərə alıb tədbirlərə başlayacaq. (Qaynarinfo)
  



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam