Əbülfəz Məlikov brokerlərini 100 min manatlarla ziyana salıb –vergiləri ödəmirmiş
Brokerlər ailəsini, evini, maşınını itirib, 100 min manatlarla vergi borcları yığılıb…
Yenixeber.org: İllərlə ölkənin Gömrük sistemini tam nəzarətində saxlayan, bu qara işdən həm özünə, həm də havadarlarına milyonlar qazandıran “Trans Broker” MMC-nin keçmiş rəhbəri, hazırda Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni nəzarətində saxlayan Əbülfəz Məlikovla bağlı ilğinc iddialar var.
Redaksiyamıza daxil olan məlumata görə, Əbülfəz Məlikovun qurduğu Broker xidməti yüzlərlə brokerin anasını ağlar qoyub. Daha doğrusu, “Broker MMC”də broker kimi işləyən insanlar bu sistemə girməklə həyatlarını qumara qoyublar. İllərlər borker kimi çalışan insanlardan bir neçəsi ilə apardığımız söhbət zamanı şok edici məlumatlar ortaya çıxdı. Sən demə, Məlikov milyonları bu yazıq brokerlərin həyatlarını risqə atmaqla qazanıb.
Belə ki, “Broker MMC”-də çalışan brokerlərin adına VÖEN açılırmış. “X” şirkətin gətirdiyi məhsul bu brokerin adına yazılaraq Əbülfəz Məlikovun nəzarəti altında gomrükdə rəsmiləşdirilirmiş. Daha sonra brokerə cüzi faiz verilimiş. Nəticədə brokerin adına gətirilən məhsulun vergisi ödənmirmiş. Aylarla vergi borcu yığılıb qalırmış.
Keçmiş vergilər naziri Fazil Məmmədovla razılığa gələn Məlikov bu ödənişləri “birdəfəyə” prinsipləri ilə qeyri-rəsmi həyata keçirirmiş. Fazil Məmmədov vurulduqdan sonra brokerlərə qanunu formada ödənməyən 100 min manatlarla borc yazılıb. Məlikov isə qaçıb gizlənib.
Elə bunun nəticəsidir ki, bu gün 100-lərlə “broker”-in vergilər nazirliyinə 100 min manatlarla borcu var. Ən dəhşətlisi budur ki, Ə.Məlikovun bu əməlinin qurbanı olan brokerlərin əksərinin evləri, maşınları əlindən alınıb, ailələri dağılıb. Hətta bir neçə broker intihara əl atıb, özünü öldürməyə cəhd edib. Bir sözlə, Məlikovun bu sistemi onların evini yıxıb.
Məlumata görə, bu vergi borclarını ödəməli olan Əbülfəz Məlikov da kimsəyə bir manat kömək etməyib. “Bütün ailəm dağıldı, evim əlimdən çıxdı, vergilərə 100 min manat borcum var” deyən broker qeyd edir ki, bu pulları Əbülfəz Məlikov ödəməli idi. Amma hamını aldadaraq qaçıb. İndi isə qazandığı milyonları rahat-rahat xərcləyərək 100-lərlə insanın balasını gözüyaşlı qoyub.
Məlumata görə, hazırda yeni brokerləri tora salan Məlikov eyni əməlini Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının Loqistika Mərkəzlərində davam etdirir. Amma bu dəfə daha sistemli formada. Yenə vergidən yayınmaq üçün ciddi planlarını işə salıb.
Daha bir araşdırılmalı məqam isə Əbülfəz Məlikovun üzərində açıq qalan bir neçə cinayət işi faktıdır. Bu barədə konkret bilğiləri çox yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.(bizimxeber.az)