Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əbülfəz Məlikovla bağlı daha bir iddia... -Batumda tez-tez görünür...

Əbülfəz Məlikovla bağlı daha bir iddia...
 Keçmiş broker, hələ də gömrükdə monopolistliyini qoruyan Əbülfəz Məlikovla bağlı ilginc iddianın yer aldığı məlumat yayılıb.
Yenixeber.org: Belə ki, redaksiyamıza verilən xəbərə görə, olduqca əyləncəli həyat keçirməyə maraqlı olan Əbülfəz Məlikov tez-tez xarici ölkələrə səfər edir ki, bu əsnada Gürcüstan gəzintiləri daha intensiv olur.

Mənbənin söylədikləri: 

"Əbülfəz Məlikov Batumda daha çox görünür ki, bu da təsadüfi deyil. Ümumiyyətlə, Batum təkcə Əbülfəz Məlikov üçün deyil, bir çox zəngin azərbaycanlılar üçün maraqlı ünvandır".

Mənbə iddia edir ki, Əbülfəz Məlikov Batumda daha çox kazinoları ziyarət edir və bu günlərdə də belə bir ziyarəti olub. Saytımıza deyilənlər:

"Son kazino ziyarəti zamanı keçmiş brokerimiz 100 min ABŞ dolları qədərində itkiyə uğryaıb".

Mənbə iddia edir ki, azart oyunlara maraqlı olan Əbülfəz Məlikov Azərbaycanda da oxşar şəkildə vaxtını keçirməyi sevir ki, bu səbəbdən də qapalı məkanlara tez-tez baş çəkir.

Qeyd edək ki, hələ mərhum ulu öndər Heydər Əliyevin vaxtlarından Azərbaycanda qumar oyunları rəsmən qadağan edilib və bu marağa meyilli olan əngin azərbaycanlıların xaricdə öz azartlarını təmin etdikləri deyilir.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam