“Atəşgah Sığorta”-nın tələsinə düşən vətəndaşlar Prezidentə müraciət ünvanlayıb.
DəmirBank-ın bir qrup keçmiş əməkdaşının bir neçə illik maaşının geri tələb olunması ilə bağlı olaylar bitmir. Xatırladaq ki, Həyatın Yığım sığortasının imkanlarından faydalanmaq istəyən DəmirBank əməkdaşları bankın ləğv edilməsindən sonra çətinliklə üzləşib.
Yenixeber.org: Sözügedən qrup əməkdaş (30 nəfərdən çox) “Atəşgah Həyat” sığorta şirkəti tərəfindən təqdim edilən “Həyatın Yığım Sığortası” adlı məhsuldan faydalanmağa çalışmışlar. Xatırladaq ki, qanunvericiliyə əsasən şirkətdə çalışan əməkdaşın əmək haqqısı və ya əmək haqqının bir hissəsi sığorta məqsədləri üçün ayrılarsa həmin məbləğ vergi və sosial ödənişlərdən azad olunur. Vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yaradılmış “Həyatın Yığım Sığortası” sosial xidmətdir və bir neçə ildir ki bir çox şirkətlərin əməkdaşları tərəfindən istifadə edilir. Əməkdaşların vergi və sosial ödənişlərdən azad olan və əmək haqqları hesabına toplanmış vəsaiti Atəşgah sığorta şirkətinin hesablarında saxlanılıb. Eyni zamanda bu vəsait əsasında işçilərə aylıq xərclərinin qarşılanması üçün DəmirBank-dan kreditlər ayrılıb. Lakin Həyatın Yığım sığortasından faydalanmaq istəyən vətəndaşların vəsaiti nəyinki verilməyəcək, hətda bank tərəfindən vətəndaşın yaşayışı üçün ayrılan kreditlər geri alınacaq. Dolayısı ilə DəmirBank əməkdaşları 1 ildən (hər bir əməkdaşlarda fərqli olaraq) artıq əldə etdiyi maaşları geri qaytarmalı olacaq. Buna səbəb “Atəşgah Həyat” sığorta şirkəti tərəfindən razılaşmaya daxil edilmiş bənddir. Bu bənd vətəndaşın iş yeri (DəmirBank) iflas olduğu halda “Atəşgah” sığortanı vəsaiti qaytarmaq öhdəliyindən azad edir. Nəticədə vətəndaşların iri miqyaslı kreditləri (əmək haqqı əvəzinə ayrılan vəsaitlər) DəmirBank-ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən müqavilə vaxtı çatanda geri alınacaq, işçilərin əmək haqqıları əmanət vəsaitləri olaraq “Atəşgah Həyat” Sığorta şirkətinin hesabında qalaraq başqalarının gəlirinə çevriləcək. Kollektiv sürətdə məhkəməyə müraciət edən DəmirBank əməkdaşları sözügedən mexanizmi işə salan, Atəşgah - DəmirBank rəhbərliyinin planı olan bu bəndin ləğv edilməsi üçün iddia qaldırıblar. Lakin həm rayon həm apelyasiya məhkəməsi vətəndaşların əleyhinə qərar çıxararaq onları aciz durumda qoyub. Məsələ ilə bağlı vətəndaşlar dəfələr ilə həm Əmanətlərin Sığortalanması Fondu (DəmirBank-ın ləğvedicisi) həm Atəşgah sığorta şirkətinin rəhbərliyi ilə görüşlər keçiriblər. Bu görüşlər 2017-ci ilin dekabrı, yəni Bankın lisenziyası ləğv edildiyi aydan başlayıb. Görüşlərin gedişatı zamanı çoxsaylı optimist vədlər ilə qarşılaşan vətəndaşlar məhkəmə zalında tam fərqli münasibətin şahidi olurlar. Sözdə bu cür ağır duruma düşən vətəndaşların vəsaitini qaytaracağını bildirən “Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyi heç bir halda müqaviləni yeniləməyə və ya yazılı sürətdə sözünü təsdiq edən sənəd verməyə razılaşmır, hətda məhkəmələrdə ölkənin aparıcı hüquq şirkətinin əməkdaşlarını cəlb və digər yollardan istifadə edərək vətəndaşların vəsaitlərini qaytarmamaq üçün tam prinsipial mövqe nümayiş etdirir.
Ağır maliyyə vəziyyətinə düşəcək vətəndaşlar dəfələr ilə müxtəlif dövlət orqanlarına, o cümlədən, xxxx, eyni zamanda Milli Məclisin deputatlarına müraciyətlər ünvanlayıblar. Bugünədək ədalətin bərpa edilməsi üçün bu addımların heç bir real təsiri olmayıb. “Atəşgah Həyat” Sığorta Şirkətinin rəhbərliyi ilə 2019-cu ilin 15 Fevral tarixində keçirilən son görüş zamanı vətəndaşlar yenidən müxtəlif vədlər ilə qarşılaşaraq “Mart ayında sizə yazılı sənəd təqdim edəcəyik” sözləri ilə növbəti dəfə “yola salınmışdırlar”. Görüşdən bir neçə ay keçdiyini və heç bir vədin yerinə yetirilmədiyini görən vətəndaşlar iri qurumların arasında qurulan sxemlərin qurbanı olmayıb ağır maliyyə durumuna düşməmək üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə müraciyət ünvanlayıblar. Son ümidlərini ölkə rəhbərinə ünvanlanmış müraciətə bağlayan vətəndaşlar məktubu bizim redaksiyamıza göndərib.