Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Cəlilabad "hərbi komissarlığı"nda ŞOK ÖZBAŞINALIQ -İTTİHAM

Cəlilabad "hərbi komissarlığı"nda ŞOK ÖZBAŞINALIQ
Cəlilabadda yaşayan ictimai fəal, hüquq müdafiəçisi Təyyar Zülfüqarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi haqda ittihamlar səsləndirib. 

Yenixeber.org: T. Zülfüqarov 2000-dən çox adamın şəxsi işlərinin oğurlandığını bildirib. 

Onun sözlərinə görə, Cəlilabad komissarlığında gəncləri hərbi xidmətdən yayındıran xidmət “şöbəsi” fəaliyyət göstərir. 

“Cənab general Arzu Rəhimov, əməkdaşlarınızın oğrladıqları saysız-hesabsız şəxsi işlər var. Mütəxəssisləri uzaqlaşdırıb “dəllaları” cəlb eləmisiniz, bəs hara nəzarət edirsiniz? 

Belə idarəetmə kimə lazımdır? Qərəzsiz, tamahkar olmayan kadrları uzaqlaşdırıblar, “işbazları” yerləşdiriblər”.

T.Zülfüqarovun sözlərindən belə məlum olur ki, Cəlilabad komissarlığında əyri, dolaşıq işlər gedir. Bu da ciddi araşdırmalar aparılmasını tələb edir.
A.Rəhimov bu sistemin başına gətiriləndə ondan real islahatlar aparması istənilmişdi və öhdəlik qoyulmuşdu. 

Lakin tədricən proses saat əqrəblərinin əksinə hərəkət eləməyə başladı və “niqodnıy bilet” biznesi çiçəklənməkdə davam edir. 

General A.Rəhimovun xoşagəlməz halları aradan qaldırması yerinə şöbələrdə bu cür əyri-üyrü işlərə şərait yaratması ordumuzun, Müdafiə Nazirliyinin gördüyü işlərə kölgə salır. 

Cəlilabaddan hərbi xidmətə getməyənlərin sayı artır. Buna səbəb heç də gənclərin hərbi xidmətə marağının azalması deyil. 

Sadəcə, Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisinin bu işi bazarlığa çevirməsidir. Ona görə hərbi xidmətdən yayınmaq sadələşib. 

Əvvəllər həkim müayinəsindən tutmuş digər prosedurlara qədər pul xərcləmək lazım idisə, indi hər şey bir əldə cəmləşib

Belə ki, pul bir mərkəzə çatır və ordan paylanır. Nəticədə valideyn və övladı əziyyət çəkmir. Buna asan xidmətin rşüvət modeli də demək olar. 

Komissarlıqdan narazılıq edən də yoxdur. Çünki hərbi xidmətdən yayınmaq istəyənləri bu şərtlər qane edir. H.İsmayılov da vətəndaşlara göstərdiyi bu asan xidmətdən qürur duyur. 

Yaxın çevrəsində də bildirir ki, sistem belə qurulub və ondan kənara çıxmaq mümkün deyil. 

Onun bu sistemin içində edəcəyi yaxşılıq isə insanları incitmədən bu işi həyata keçirməkdir. Yəni, onsuz da rüşvət ayaq açıb yeriyir.

Mediada yayılan xəbərlərə görə, Arzu Rəhimov bu xidmətin ilk rəhbəri olaraq özünü doğrultmadı. İşində ciddi nöqsanlar müşahidə olundu. 

Zakir Həsənova özü kimi çevik və bacarıqlı bir SHÇDX rəhbəri lazımdır ki, gərəkən anda orduya səfərbərlik məsələlərini uğurla həyata keçirsin. 

Amma Arzu Rəhimov bunu bacarmadı. Və bu səbəb də onunla bağlı gediş qərarının verilməsində əsas nüans kimi çıxış etməkdədir. \\xalqxeber.az\\ 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam