Arzu Rəhimov “komsovat” şəbəkəsi və uniforma “talkuçkası” açıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi, general Arzu Rəhimov hərbi komissarlara dövlət tərəfindən ayrılan uniformaları vermir

Yenixeber.org: Yerli mediada hərbi komissarların xidməti formalarının satıldığı qeyd olunub. 

Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimovun planına əsasən pulla satılır. 

Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir. Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. 

Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər. Generalın uniforma biznesi əsasən regionlardakı komissarlıqları əhatə edir. 

A. Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.

Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurması işlərinin xərcini komissarların boynuna qoyur. Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə vəsait ayrılır. 

Amma A.Rəhimov ayrılan maliyyəni mənimsəyərək komissarları öz cibindən xərc çəkməyə məcbur edir. İddialara görə, belə bir fakt Cəlilabadda yaşanıb.

Rayonun keçmiş komissarı, hazırda qurumun Daxili Təhqiqatlar İdarəsi rəisi olan Həsrət İsmayılov o zaman cibindən 60-70 min xərcləməli olub. Hətta yaxın çevrəsinə danışıb ki, evini satmağa məcbur olub.

A.Rəhimovun dövründə “komsovat” biznesi heç də tənəzzül etməyib. 

General ayrı-ayrı regionlarda şöbə rəisləri 3500-5000 manat civarında sağlam gəncləri çağırışdan yayındıra bilirlər. Bu şəbəkəyə tibbi ekspertiza, həkimlərin arayışı daxildir. 

Ən çox şikayət isə Quba, Cəlilabad şöbələrindən gəlməkdədir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun bu sahədə islahatlar həyata keçirəcəyi gözlənilirdi.

General sağlam gənclərin rüşvət müqabilində hərbi xidmətdən yayındırılması, xəstə və kasıb uşaqların isə cəbhə xəttinə yollaması hallarına son qoyulacağına ümid edilirdi.

Xidmət rəisinin fəaliyyəti dönəmində ayrı-ayrı hərbi komissarlıqlarda hərbi bilet biznesi daha da çiçəkləndi. Elə son bazarlıqlar ilin axırında növbəti dəfə reallaşdı. 

Yanvar çağırışı ilə bağlı əsgərliyə getmək istəməyən xeyli sayda gənc rüşvətlə hərbi xidmətdən yayındırılıb. Bu özbaşınalıq və qanunsuzluqlara xəstəxanalar, poliklinikalar da şərik çıxırlar.

Onların verdiyi tibbi arayışlar əsasında hərbi komissarlıqlar müvəqqəti xidmətə yarasızlıqla bağlı hərbi bilet verirlər. Və bu biznesdə hər kəsin öz payı var. Yəni, həkimlər və komissarlıqlar əlbirdirlər.

A.Rəhimovun yaratdığı bu sistem resublikanın əksər hərbi komissarlıqlarında hökm sürür. Sonra toplanan pullar bir “katyol”a çatır.

Yəni, iddialar ondan ibarətdir ki, Xidmət rəisi general Novruzəli Orucov vəzifəsindən kənarlaşdırılıqdan sonra bütün bazarı bir əldə cəmləyib.

Onun yerinə özünə müavin təyin etməyən və status-kvo ürəyincə olan A.Rəhimov təzə şərik istəmir. 

Yanvar ayı üzrə isə hərbi xidmətə çağırış vərəqəsi alan gənclərin sırasında əksər bölgələrdən “niqodnıy bilet” alanlar olduğu bildirilir.

Hazırda Lənkəran, Şəki, Quba, Xaçmaz, Cəlilabad, Şamaxı, Qəbələ və s. eləcə də Bakının rayonlarından hərbi komissarlıqlar rüşvət qarşılığında sağlam gəncləri əsgərlikdən yayındırıblar. Xidmət rəhbərliyinin mövqeyini dərc etmıyə hazırıq.(fia.az)