Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Arzu Rəhimovun Lənkərandakı adamı haqda iddialar... -İTTİHAM

Arzu Rəhimovun Lənkərandakı adamı haqda iddialar...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hələdə arzuolunmaz olaylar baş verir.

Yenixeber.org: Bu barədə saytımıza daxil olan məlumatlarda bildirilir.
Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsində gənclərin saxta yollarla hərbi xidmətdən yayınması və digər maxinasiyalar qeyd etdiklərimizə əyani sübütdür. Məmbəmizin Lənkərandan verdiyi məlumatlara görə səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Tural Məmmədov vəzifə səlahiyyətlərini kobud şəkildə aşıb.

Məhz şöbə rəisin razılığından sonra 1999-cu il təvəllüdlü iki gənc(adları şərtidir. Lazımı qrumlara təqdim olunacaq) hərbi xidmətdən yayınıb. Təbii ki, bəzi xəstəliklərdən gəlir mənbəyi kimi istifadə etmək və gənclərimizi “yararsız” edib pullar qazanmaq əlbətdə ki, bir növ dövlətə qarşı çıxma və eyni zamanda vətənə xəyanətdir. Müharibə şəraitində yaşayan ölkə gənclərini vətənpərvərliyə cəlb etmək və bu mövzü haqqında təbliğat aparmaq əvəzinə şöbə rəisi T. Məmmədov öz şəxsi maraqlarını güdür.

Bir faktı nəzərinizə çatdıraq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qeyd etdiklərimizdən məlumatsızdırsa deməli ona həvalə olunan işin öhtəsindən gələ bilmir. Yox, əgər məlumatı varsa deməli bütün korrupsiyanın sifarişçisi özüdür. Əlbətdə ki, bu istiqamətdə araşdırmalarımız davam edir.

Lakin Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Tural Məmməd məsələyə münasibət bildirdikdən sonra gənclərin kimliyi haqda məlumat veriləcək. Məsələ ilə bağlı aidiyyətli qurumlara rəsmi məktub ünvanlanacaq. Bizi izləməyi unutmayın.

Qarşı tərəfin çövqeyini dərc etməyə hazırıq.(dosye.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam